Accessibility links

Heyvan haqları hərəkatı Prezident Administrasiyasının qarşısında aksiya keçirib


Heyvan haqları hərəkatı Prezident Administrasiyasının qarşısında aksiya keçirib
Heyvan haqları hərəkatı Prezident Administrasiyasının qarşısında aksiya keçirib

Mayın 31-də heyvan haqları müdafiəçiləri Prezident Administrasiyasının qarşısında üzərində "İlham Əliyev, cavab ver!" yazılan plakat açıblar. Fəallar aksiya keçirərək ölkənin müxtəlif rayonlarında və xüsusilə bu yaxınlarda Göyçay rayonunda sahibsiz itlərin güllələnməsinə və "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin fəaliyyətinə etiraz etdiklərini bildiriblər.

Etirazçıların bildirdiyinə görə, Göyçayda bir neçə gün öncə sahibsiz itlər rayonun İcra Hakimiyyəti əməkdaşları tərəfindən güllənərək öldürülüb. İcra hakimiyyətinin əməkdaşları olduğu iddia olunan şəxslərin itləri güllələyərkən görüntüləri çəkilib və bu görüntülər müxtəlif medialarda yayımlanıb.

Heyvan haqları hərəkatı Prezident Administrasiyasının qarşısında aksiya keçirib
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Fəal Kamran Məmmədli deyir ki, buna baxmayaraq aidiyyatı qurumlar tərəfindən heç bir cəza tədbiri görülməyib.

Fəallar həm yerli icra hakimiyyətləri tərəfindən itlərin güllələnməsinin, həm də "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin fəaliyyətinin ölkə qanunvericiliyinə və Azərbaycanın tərəf olduğu "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa konvensiyasına zidd olduğunu bəyan edərək, Azərbaycan Prezidenti İlham Əliyevdən bu dövlət qurumlarının fəaliyyəti ilə bağlı cavab tələb ediblər.

Heyvan haqları müdafiəçiləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib.
Heyvan haqları müdafiəçiləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib.

Polis aksiya keçirən fəalların əlindən banneri alıb. Kamran Məmmədli və Əli Məlikov saxlanılaraq, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar, bir neçə dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Bundan əvvəl də heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər öldürülür. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verməsidir.

"Toplan" Sahibsiz İtlərə qayğı Mərkəzi isə bu iddiaları təkzib edir. Mərkəzdən bildirilib ki, ora dövlət idarəsidir və fəalların dedikləri mümkün deyil. "Həmin şəxslərin hərəkətləri təxribat xarakterlidir", - deyə təşkilatdan bildiriblər.

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib. Təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilir. İddia ərizəsində yazılıb ki, heyvansevərlər hər iki əməkdaşın fotosunu və "Toplan"da işlədiyini paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. İddiaçılar onların ictimai nüfuzlarına xələl gətirildiyini əsas göstərirlər.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG