Accessibility links

Suriyada təhlükəsizlik zonası - risklər, çətinliklər [Təhlil]


Türk əsgəri Suriya ilə sərhəddə patrul çəkir. Arxa fonda mülki vətəndaşlar Tel-Abyadı tərk edirlər. 15 iyun, 2015.
Türk əsgəri Suriya ilə sərhəddə patrul çəkir. Arxa fonda mülki vətəndaşlar Tel-Abyadı tərk edirlər. 15 iyun, 2015.

Ankara və Vaşinqton həftələrdir mülki vətəndaşlar və üsyançıların Suriya hökumətinin hava hücumlarından qorumaq məqsədilə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasını müzakirə edir. Lakin təhlilçilərin fikrincə, indi Rusiyanın döyüş təyyarələrinin əməliyyatlara başlaması ilə belə bir təhlükəsizlik zonasının ümumiyyətlə yaradılıb-yaradılmaması məsələsi şübhə altındadır. Belə bir zona olmasa, Türkiyəyə və Avropaya qaçqın axını gələcəkdə də davam edəcək.

2 milyondan çox suriyalı qaçqının yerləşdirilməsi problemi ilə qarşılaşan Türkiyə artıq uzun müddətdir cənubda qonşu ölkədə dörd ildir gedən vətəndaş müharibəsindən qaçan məcburi köçkünlər dalğasının qarşısını almaq üçün Suriyanın şimalında uçuşa yasaq zonanın yaradılmasını təklif edir.

Vətəndaş müharibəsi nəticəsində 250 mindən çox insan həyatını itirib və münaqişənin nə zaman sona çatacağını məlum deyil.

"Rusiyanın döyüş təyyarələrinin göydə, hərbi avadanlığının quruda olması ilə Əsəd müharibə başlayandan bəri heç vaxt malik olmadığı bir sığorta əldə edib. Əsədin rəqibləri indi Vladimir Putinin oyunun qaydalarını deməsini gözləməli olacaq.”Yaxın Şərq üzrə ekspert Conatan Şanzer

Rəsmi Ankara iyul ayında Suriyada vətəndaş müharibəsinə müdaxilə etməkdən ehtiyat edən Obama administrasiyasının etirazlarına rağmən bufer zonasının yaradılmasına səy göstərdi. ABŞ və Türkiyə rəsmiləri belə bir təhlükəsizlik zonasının yaradılmasına dair ümumi şərtlərlə bağlı razılıq əldə edib. Lakin Vaşinqton yaradılması planlaşdırılan bu zonanı yalnız İslam Dövlət ekstremstlərindən azad olan bir zona kimi görür. Türkiyə hökuməti və Suriya müxalifət liderləri isə bunun bütünlüklə təhlükəsizlik zonası olmasına çağırır.

Rusiyanın Suriyada prezident Bəşar Əl-Əsəd rejiminə dəstək göstərmək məqsədilə hərbi mövcudluğunu artırması təhlükəsizlik zonasının ümumiyyətlə yaradılıb-yaradılmayacağı ilə bağlı şübhələri artırır. Vaşinqtonun beyin mərkəzlərindən biri olan Demokratiyaların Müdafiəsi Fondunda Yaxın Şərq üzrə ekspert Conatan Şanzer deyir ki, Suriya prezidenti Bəşar Əl-Əsədin “Suriyada törətdiyi qırğının qarşısını almaq üçün müəyyən tədbirlərin həyata keçirilməsinə ümid edən tərəflərin təklifləri indi gündəmdə deyil.”

O əlavə edir:”Buraya təhlükəsizlik zonasının yaradılmasına ümid bəsləyən türklər daxildir. Rusiyanın döyüş təyyarələrinin göydə, hərbi avadanlığının quruda olması ilə Əsəd müharibə başlayandan bəri heç vaxt malik olmadığı bir sığorta əldə edib. Əsədin rəqibləri indi Vladimir Putinin oyunun qaydalarını deməsini gözləməli olacaq.”

Bufer zonasına nəzarətlə bağlı narahatlıqlardan biri ABŞ-ın başçılıq etidyi koalisiya qüvvələrinin döyüş təyyarələri və Rusiya, ya da Suriya hərbi hava qüvvələrinin döyüş təyyarələri arasında toqquşmaların baş verməsinə yol verməməklə bağlıdır. Bunu Amerikanın Səsinə NATO-nun adının açıqlamasını istəməyən bir rəsmisi deyib. “Hava hövzəsi məhduddur və koalisiyanın məqsədləri Suriya hökuməti, ya da Moskvanın məqsədlərindən fərqlidir”-deyə o əlavə edib.

Rusiya lideri Vladimir Putin deyib ki, onun Suriyada əsas məqsədi İslam Dövləti qrupunun ekstermistlərinə qarşı mübarizəyə kömək etməkdən ibarətdir. Lakin Suriya üsyançıları və Qərb rəsmiləri Moskvanın əsl məqsədinin Əsədə dəstək verməklə yanaşı, Rusiyanın uzun müddətdir müttəfiqi olan Suriya liderini hakimiyyətdən salmağa çalışan üsyançı döyüşçülərə qarşı mümkün hücumlar keçirmək olduğundan ehtiyat edir.

Türkiyənin Baş naziri Əhməd Davutoğlu bu həftə Nyu-Yorkda jurnalistlərlə deyib ki, beynəlxalq ictimaiyyət qaçqın böhranını ünvanlamaq üçün səyləri gücləndirməlidir. Onun sözlərinə görə, qaçqın axınının qarşısının almağın yeganə yolu Suriya rejimi və İslam Dövləti qrupu tərəfindən zorakılıqların qarşısını almaq və suriyalalırın Türkiyə, İordaniya və Livan kimi qonşu ölkələdə qaçmaması üçün ölkə daxilində təhlükəsizlik zonası yaradılmasıdır.

Rusiyanın Kondor təyyarəsi, Latakiya
Rusiyanın Kondor təyyarəsi, Latakiya

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində Qərbin dəstəklədiyi Suriya Milli Koalisiyasının prezidenti Xalid Xoca təhlükəsizlik zonalarının və Əsədin döyüş təyyaərələrinin uçuşlarına qadağa zonalarının yaradılmasına təzyiq göstərmək məqsədilə dünya liderləri ilə görüşlər keçirib.

Üsyançılar və beynəlxalq insan hüquqları qrupları Əsədin döyüş təyyaərələrinin mülki əhali arasında tələfatların sayını artırmaq üçün əhalinin yaşadığı yerləri və ticarət mərkəzlərini hədəf alır.

Dünya liderləri ilə görüşlərdə Xalid Xoca həmçinin deyib ki, təhlükəsizlik zonaları həftədə 200 insanın həyatının xilas edilməsinə və qaçqın axınının qarşısının alınmasına kömək edə bilər. Suriya Milli Koalisiyasının bəyanatına əsasən, bu zonaların yaradılması eyni zamanda, ekstremistlərə qarşı daha effektiv mübarizə aparılmasına və siyasi keçid prosesinin nizamlı qaydada həyata keçirilməsinə kömək edə bilər.

ABŞ hərbi təyyarəsi Türkiyənin İncirlik hərbi hava bazasından göyə qalxır
ABŞ hərbi təyyarəsi Türkiyənin İncirlik hərbi hava bazasından göyə qalxır

ABŞ və Türkiyə rəsmilərinin təhlükəsizlik zonası təklifi cidid müzakirə edilməyə başlayan vaxtdan çətinliklərlə qarşılaşdığı üçün Ankara və Vaşinqton arasında razılığın əldə edilməsi də mümkün görünmür. Eyni zamanda, İslam Dövləti qrupunun ekstremistlərinin mümkün bufer zonası ərazisindəki şəhər və kəndlərdə hüucmları intensivləşdirməsi məsələni daha da çətinləşdirib. Təhlilçilər deyir ki, bu, bufer zonasının təhlükəsizliyinin təmin edilməsi və islamçı yaraqlıların quruda hücumlarının qarşısının necə alınması kimi bir sıra risklər yaradır.

Suriyanın şimalında Hələb şəhərində döyüşlər müxtəlif üsyançı qrupların qatıldığı vətəndaş müharibəsinin nə dərəcədə mürəkkəb bir xarakter aldığını nümayiş etdirir. Bu qrupların bəzisi Qərb tərəfindən tanınır, bəziləri Türkiyə və Körfəz ölkələri tərəfindən dəstəklənir, onların arasında iki cihadçı təşkilat, bundan əlavə kürd döyüşçülər və Suriya hökumət qüvvələri var.

İŞİD militantları Suriyanın Raqqa şəhərində
İŞİD militantları Suriyanın Raqqa şəhərində

Koalisiya qüvvələrinin hava hücumları İŞİD ekstremistlərini hədəf aldığı vaxt, Suriya rejiminin döyüş təyyarələri üsyançı döyüşçülərin komandirlərinin sözlərinə əsasən, üsyançıların nəzarətində olan kəndləri, xüsusilə də onlar üçün Hələbə gedən əsas təchizat yolundakı yerləri bombalayır.

ABŞ və Türkiyə rəsmiləri quruda zonanın yaradılmasında üsyançı qrupların hansı ilə əməkdaşlıq etməyə hazır olduqları məsələsində razılıq əldə edə bilmədiklərini etiraf edib. Ankara Vaşinqtonun əvvəllər ehtiyat etdiyi Əl-Qaidə ilə əlaqəsi olan Cəbhə Əl-Nusraya yaxın Əhrar Əl-Şam kimi islamçı yarı-hərbi dəstələri buraya daxil etmək istəyir.

Türkiyə Vaşinqtona quruda müdafiə məqsədilə islamçı yarı-hərbi dəstələrə arxalana bilməsi üçün təzyiq göstərir. ABŞ-ın İslam Dövləti qrupuna qarşı beynəlxalq koalisiya ilə tərəfdaşlıq edəcə biləcək üsyançı qüvvələrə təlim-təchiz proqramının baş tutmaması təhlükəsizlik zonasının yaradılması ilə bağlı şübhələri daha da artırıb. Bunu ABŞ rəsmiləri bəyan edir.

Suriya qaçqınları Türkiyə ilə sərhəddə
Suriya qaçqınları Türkiyə ilə sərhəddə

Lakin Fransa liderləri Nyu-Yorkda Qərb və Yaxın Şərq müttəfiqləri ilə görüşlərdə təhlükəsizlik zonasının yaradılması təklifinin gerçəkləşməsi istiqamətində səyləri davam etdirib. Fransanın Xarici İşlər naziri Loren Fabius müxbirlərə deyib ki, Qərb rəsmiləri “bu zonanın təhlükəsizliyinin necə təmin olunması və tərəfdaşlarımızın bu haqda nə düşündüyü” ilə bağlı məsələləri nəzərdən keçirir.

XS
SM
MD
LG