Accessibility links

Ankarada İslam Dövləti ilə əlaqəsi olan 20 nəfər həbs edildi


Türkiyənin Anadolu xəbər agentliyi bazar ertəsi İslam Dövləti qrupu ilə əlaqəsi olmaqda şübhəli bilinən 20 xarici ölkə vətəndaşının həbs edildiyini bildirib.

Həbslər prezident Donald Trampın İslam Dövlətinin lideri Əbu Bəkr Əl-Bağdadinin Birləşmiş Ştatların xüsusi təyinatlı qrupu tərəfindən Suriyanın şimal-qərbində, Türkiyə sərhədi yaxınlığında öldürüldüyünü elan etməsindən bir gün sonra baş verib.

İslam Dövləti qrupu ilə əlaqəsi olmaqda şübhəlilərə qarşı əməliyyatlar Türkiyə daxilində geniş yayılıb, lakin bazar ertəsi həyata keçirilən həbslərin Bağdadinin ölümü ilə əlaqəsinin olub-olmadığı məlum deyil.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, rəsmilər İslam Dövləti ilə əlaqəsi olan 20 xarici vətəndaşın Türkiyəyə qeyri-qanuni girdiyinin sübut edildiyini deyib.

Rəsmilər şübhəlilərin paytaxt Ankarada təhlükəsizlik qüvvələri tərəfindən səhər tezdən həyata keçirilən reydlər zamanı həbs edildiklərini və yoxlama işlərindən sonra deportasiya üçün immiqrasiya orqanlarına təhvil veriləcəklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG