Accessibility links

AŞPA prezidenti Xalid Bağırovun vəkillikdən uzaqlaşdırılmasını pisləyir


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassor Xalid Bağırovun vəkillik fəaliyyətinin dayandırılmasını pisləyib.

“Mən bu gün öyrəndim ki, ictimai fəal İlqar Məmmədovun vəkili Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırılıb. Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı hədə-qorxuların artırılması fonunda vətəndaş cəmiyyəti fəallarını müdafiə edən müstəqil vəkillərə belə açıq təzyiq qəbul edilməzdir”, A.Brassorun bəyanatında deyilir.

“Fürsətdən istifadə edib İlqar Məmmədovun həbsdə qalmasına diqqəti yönəltmək istəyirəm. Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində son qərarında deyilir ki, onun saxlanması Avropa İnsan Haqları Konvensiyasının standartlarına ziddir. Ona görə də bir daha Azərbaycan hakimiyyətini dərhal cənab Məmmədovu azad etməyə və vətəndaş cəmiyyəti fəallarını, onların vəkillərini hədəfə almaqdan çəkinməyə çağırırıq”, AŞPA prezidenti vurğulayıb.

Xatırladaq ki, Vəkillər Kollegiyası vəkil Xalid Bağırovu İlqar Məmmədovun və 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunanların barəsində hökm çıxaran hakimin ünvavına tənqidi fikirlərindən sonra işindən kənarlaşdırıb.

Həmçinin Vəkillər Kollegiysi X.Bağırovun fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə mücariət edib.

X.Bağırov tanınmış fəallar Arif Yunus, Rəsul Cəfərov, Yadigar Sadıqov, Hilal Məmmədov, NİDA fəalalrə, bligerlər Ömər Məmmədov və Əbdül Əbilovun vəkili olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusu verib
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG