Accessibility links

Anna Frankın gündəliyini yazmağa başlamasından 75 il ötür [Video]


Anna Frankın gündəliyini yazmağa başlamasından 75 il ötür
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Anna Frank 1940-ci illərdə nasistlərinn idarəsi altında Avropadakı həyatı təsvier edən gündəliyini yazmağa başlamasından 75 il keçib. Onun yazdıqları Holokostun ilk sübutları hesab olunur.

“Ümid edirəm ki, daha öncə heç kəsə verə bilmədiyim sirrlərimi sənə verəcəm, sən də mənim dəstək və rahatlıq mənbəyim olacaqsan”, Anna Frankın gündəliyində yazılır. ( 12 iyun, 1942)

Ümid edirəm ki, daha öncə heç kəsə verə bilmədiyim sirrlərimi sənə verəcəm, sən də mənim dəstək və rahatlıq mənbəyim olacaqsan
Anna Frankın gündəliyindən bir parça

Anna Frank 13-cü doğum gününə hədiyyə olaraq aldığı gündəliyində yazmağa başlayanda Niderlandda yaşayan adi bir yeniyetmə idi. Ailəsi ilə birlikdə o, Hitlerin hakimiyyətə gəlməsindən sonra Frankfurtdan Niderlanda köçmüşdü. O, 1942-ci ilin iyulun 5-də, ailəsinə Vesterbruk həbs düşərgəsinə deportasiya ediləcəyi barədə xəbərdarlıq ediləndən bir neçə həftə öncə gündəlikdə yazmağa başlamışdı.

“Onun 75 il öncə bu həftə yazdığı ilk yazılarda normal həyatın - dostları, sosial planları və yeyə biləcəyi çoxlu yeməkləri olan bir qızın normal həyatının ən son təsvirləri yer alıb. Çox qısa zaman ərzində isə onun həyatı dəyişdi və o, gizlənməli oldu," deyə Holokost Muzeyinin tarixçisi Edna Fridberq bildirib.

Amsterdamdakı bu otaq Annanın ailəsi və bir neçə digər yəhudinin sığınacağına çevrilmişdi. Annanın saatlarla xəyali dostu Kittiyə məktublar yazdığı bu otağa qapını önündəki kitab rəfi gizlədirdi. Adi bir yeniyetmə kimi, o öz narahatlıqlrından, ailəsindən, sevgidən, amma bununla yanaşı Holokost zamanı yaranan ərzaq çatışmazlığından da yazırdı.

“Gecələr, qaranlıqda mən yaxşı, günahsız insanların uşaqları ilə birlikdə uzun-uzun yürüdüyünü görürdüm. Bir qrup kişi onları incirdirdi və döyürdü. Onların heç kəsə yazıqları gəlmirdi. Xəstələr, yaşlılar, uşaqlar, körpələr, hamilə qadınlar - hamısı ölümə doğru yürüyürdü,” deyə Anna Frank gündəliyində yazıb.

Anna Frank
Anna Frank

Anna gündəlikdəki son yazısını 1944-cü ilin avqustun 1-də yazıb. Bundan sonra binada gizlənən hər kəs tapılıb, həbs edilib, ölüm düşərgələrində göndərilmişdi. Anna 1945-ilin martında vəfat edib..

“Mənim gündəlikdə ən az sevdiyim sitat “baş verənlərə baxmyaraq, mən hələ də insanların qəlblərinin yaxşı olduğuna inanıram”dır. Bununla elə görsənir ki, sanki o, dünyanı gözəl rənglərdə görürüdü. Amma əslində gündəliyi oxuyandan onun ona qarşı olan haqsızlıqları anladığını görürsən”, Holokost Muzeyinin kuratoru Edna Fridberq deyir.

Annanın atası Otto Frank Holokostdan sağ çıxan yeganə ailə üzvü idi. O, qızının yaşayıb, sevib və ümid etdiyinin sübutu olaraq onun gündəliyini çap qərar verib. Beləcə Anna Holokost qurbanı olan altı milyon yəhudinin səsinə çevrilib.

Mənim gündəlikdə ən az sevdiyim sitat “baş verənlərə baxmyaraq, mən hələ də insanların qəlblərinin yaxşı olduğuna inanıram”dır. Bununla elə görsənir ki, sanki o, dünyanı gözəl rənglərdə görürüdü. Amma əslində gündəliyi oxuyandan onun ona qarşı olan haqsızlıqları anladığını görürsən.
Edna Fridberq

75 yaşlı Luiza Lorense İsraels Holokostan sağ çıxanlardan biridir. O, körpə ikən Amsterdamda Annanın yaşadığı küçədə yaşayırdı. Bu gün onun artıq üç övladı və altı nəvəsi var. Lakin həyatı boyu Luiza bir suala cavab tapmağa çalışıb: qonşuluqda yaşayan Anna Frankın öldüyü halda, onun yaşaması ona nə hiss etdirir.

“Mən bəxtim gətirdiyi və sağ qaldığıma görə təəssüf edirəm. Mən onun ələ verildiyi və sağ qala bilməyinə görə heyflənirəm. Yadımdadır ki, gündəlik çap olunanda hər kəs ondan nifrət edirdi. Həmin vaxtlarda heç kəs gündəlikdən bəhs etmək istəmirdi. İndi isə mən onun vacibliyini dərk edirəm, çünki dünyanın başqa yerlərindəki insanlar baş verənlərə inanmırdı. Onun vasitəsilə orada baş verən hadisələri Amerikada bildilər. O qızın gündəliyində deyilirdi ki, “dünyanı buna siz inandırmalısınız”.

XS
SM
MD
LG