Accessibility links

"Vyötam" - Dünyanın ən bahalı skripkaları [Video]


Dünyanın unikal skripkaları
please wait

No media source currently available

0:00 0:03:58 0:00
Qiymətli əşyalar deyərkən bizim ağlımıza adətən daş-qaş və məşhur rəsm əsərləri gəlir. Lakin çox bahalı skripkalar var ki, onlar da belə əşyalara aiddir.

Amerikalı virtuoz Anna Akiko Meyersin çaldığı skripkanın qiyməti 16 milyon dollardır. Bu skripka 1741-ci ildə İtaliyada Qarneri del-Gezu tərəfindən düzəldilib və skripka sənətində Qızıl Dövrün zirvəsinə təsadüf edir. Anna Meyers bu skripkanın hər hansı digər alətdən fərqli olduğunu deyir. “Buradakı sol simi ağır və zəngindir, violonçel səsinə bənzəyir. Mi simi isə yüksək səslidir və kilsə musiqisini xatırladır.”

Bu skripka 19-cü əsrin məşhur skripka ustasının şərəfinə “Vyötam” adlanır. Bu 41-c musiqi aləti Paolo Albergininin Manhettandakı sərgi otağından keçən ultra-nadir instrumentlərdən biridir. “Hazırda burada satışda olan bu nadir alətlər 5 milyondan 50 milyona qədərdir” - deyə, Albergini bildirir.

Paolo Albercini “Vyötam” adlı bu nadir skripanın çox yaxşı vəziyyətdə olduğunu deyir və əlavə edir ki, belə xəzinəyə sahib olanlar özlərini sahibkar kimi deyil, himayədar kimi aparırlar. “Kolleksionerlərin məqsədi belə alətləri əldə edib, dünya boyu onları nümayiş etdirmək, gələcək nəsillərə çatdırmaqdır. Onlar bu qiymətli alətləri beləliklə yaşatmaq istəyirlər.”

Hazırda elm qitara və skripka ustalarına yardım edir. Ultrabənövşəyi şüalar və endoskoplar alətlərdə adi gözlə görünməsi mümkün olmayan çatları və digər qüsurları aşkar etməyə imkan verir.

Yaxınlıqdakı emalatxanada yüksək səviyyəli ustalar dördsimli möcüzə alətləri bərpa edə bilir, ya da yenisini düzəldə bilirlər. Bərpaçı-usta Culi Rida-Yaboh “Vyötam” skripkası üzərində işləyir. “Alət köhnəldikcə onun F dəliyi çox dəyişir, onu idarə edən hissələr kimi o da qeyri-adi olur. Belə hallar o dövrdə düzəldilmiş alətlər üçün xarakterikdir.”

Nadir skripka və violençellər dünya boyu səssizcə muzeylərdə və şəxsi kolleksiyalarda qalıb. Lakin “Vyötam” skripkası kimi bəzi alətlər insanlara musiqi zövqünü oxşamaqda davam edir.

Anna Akiko Mayers Karnegi Hol və digər səhnələrdə müntəzəm olaraq konsertləri ilə auditoriyanı feyziyab edir. Anna Stradivarinin iki skripkasına yiyələnib ki, həmin skripkaların keyfiyyəti “Vyötam”a çox yaxındır. Lakin buna baxmayaraq Anna “Vyötam” ın ruhən ona daha yaxın olduğunu deyir. O, anonim bir şəxsin bu skripkanı ona ömürlük istifadəyə verdiyini xatırlayır. Anna həmin təklifi eşidəndə uşaq kimi ağladığını deyir. “Bir sənətçi kimi sən bunu ömürü boyu arzu edirsən. Mən sevincdən ancaq ağlayırdım. Vyötam deyərdi ki, notları hamı çala bilər, aləti oxutmaq lazımdır. Mən hər dəfə Vyötamda ifa edəndə onun müğənni kimi oxumalı olduğunu xatırlayıram. ”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG