Accessibility links

Anonim mənbə: Səudiyyə şahzadəsi "xüsusi" Xaşuqci əməliyyatından xəbərdar deyildi


Məhəmməd bin Salman

Cümə günü Camal Xaşuqcinin ölümü ilə bağlı istintaqla yaxın əlaqəsi olan səudiyyəli rəsmi bildirib ki, Səudiyyə Ərəbistanının şahzadəsi jurnalistin Riyadın İstanbuldakı konsulluqda ölümü ilə nəticələnən xüsusi əməliyyatdan xəbərdar olmayıb.

Onun öldürülməsinə, hətta oğurlanmasına dair heç bir göstəriş verilməyib

“Onun öldürülməsinə, hətta oğurlanmasına dair heç bir göstəriş verilməyib”- deyə, rəsmi adının anonim qalması şərti ilə söyləyib və əlavə edib ki, tənqidçilərin ölkəyə geri gətirilməsi ilə bağlı göstərişlər olub.

“Məhəmməd bin Salman bu əməliyyatdan xəbərdar deyildi və heç kəsin qaçırılıb və ya öldürülməsinə dair göstəriş verməyib. Onun sadəcə insanlara geri dönmələrini söyləmələrinə dair ümumi göstəriş barədə məlumatı ola bilərdi” rəsmi deyib.

Xaşuqci
Xaşuqci

O deyib ki, Xaşuqcinin cəsədi “yerli əməkdaşa” təhvil veriləndən sonra, onun harada olduğu naməlumdur, konsulluqda cəsədə dair isə heç bir işarə yoxdur.

XS
SM
MD
LG