Accessibility links

Xoyda yenidən zəlzələ baş verib, xəsarət alanlar var


Xoy və Salmas şəhərlərinin kəndlərində zəlzələdən ziyan görən bir ev
Xoy və Salmas şəhərlərinin kəndlərində zəlzələdən ziyan görən bir ev

Martın 24-də Xoyda 5,6 bal gücündə zəlzələ baş verib, nəticədə Xoy və Salmas şəhərlərinin ətraf kəndlərinin bir neçə sakini xəsarət alıb.

Yarı-rəsmi İSNA xəbər agentliyinin məlumatına görə, martın 24-də Xoy yaxınlığında baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 82 nəfərə çatıb.

Lakin Fars xəbər agentliyi Qərbi Azərbaycan valisinə istinadən Xoy və Salmas şəhərlərində bu zəlzələdə yaralananların sayını ümumilikdə 165 nəfər olaraq açıqlayıb. Hazırda bu zəlzələdə xəsarət alan 26 nəfərin vəziyyətinin ağır olduğu və xəstəxanada müalicəsinin davam etdiyi bildirilir.

Zəlzələ Xoy şəhərindən 19 km və Salmasdan 24 km aralıda olan ərazidə baş verib və bu zəlzələdə iki şəhərin kəndlərinə ziyan dəyib.

Salmas şəhərinin kəndlərində 80 yaşayış binasına ziyan dəyib.

Tehran Universitetinə bağlı Milli Seysmoloji Mərkəzi zəlzələnin vaxtını martın 24-ü səhər saat 6:46-da Xoy yaxınlığındakı ərazi olduğunu elan edib. Bu zəlzələ səkkiz kilometr dərinlikdə baş verib.

İran mediası bölgə rəsmilərinə istinadən bu zəlzələnin vurduğu ziyanın "cüzi" olduğunu bildirir.

Dövlətin rəsmi xəbər agentliyi İRNA ölkənin yol, mənzil və şəhərsalma üzrə tədqiqat mərkəzinin zəlzələ şöbəsinin müdirinə istinadən, Xoy rayonunda təqribən son bir ayda 2,5 baldan yuxarı 35 zəlzələnin baş verdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG