Accessibility links

Ali Məhkəmə ANS-in kassasiya şikayətinə baxır [Video]


Ali Məhkəmə ANS-in kassasiya şikayətinə baxır
please wait

No media source currently available

0:00 0:05:40 0:00

Ali Məhkəmə ANS-in kassasiya şikayətinə baxır

ANS rəhbərliyi hakim heyətinə etiraz edib

Aprelin 5-də Azərbaycan Ali Məhkəməsi hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə ANS ÇM radiostansiyasının lisenziyasının ləğvi barədə Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinin baxışına başlayıb.

Azərbaycan Milli Teleradio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli şikayəti əsasında Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM radiostansiyasının lisenziyasına xitam verilməsinə dair qərar qəbul edilib. ANS ÇM-in bununla bağlı Apellyasiya Məhkəməsinə şikayəti təmin edilməyib.

ANS şirkəti
ANS şirkəti

Ali Məhkəmədəki prosesdə ANS-in maraqlarını vəkillər Fuad Ağayev, Rafiq Mustafayev və Sevda Məhərrəmova, MTRŞ-nin marağını isə Toğrul Mirzəzadə təmsil edib.

ANS-in hüquqlarını müdafiə edən vəkillər məhkəmə heyətindən öncə ANS-lə bağlı apellyasiya mərhələsində qəbul edilmiş qərardadlara baxılmasını xahiş edib.

Vəkil Fuad Ağayev Ali Məhkəmədən apellyasiya kollegiyasının ANS-in maddi və mənəvi ziyanla bağlı şikayətini təmin etməməsi barədə qərardadına xitam verilməsini istəyib.

Belə ki, şikayətdə ANS teleradiosunun yayımının MTRŞ tərəfindən dayandırılması nəticəsində 1 milyon manat mənəvi, 210 191 manat maddi ziyan dəydiyi iddia edilib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi və Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

ANS-in rəhbəri Vahid Mustafayev bildirib ki, yayımın dayandırılması təkcə telekanal sahiblərinə və əməkdaşlarına ziyan vurmayıb, həm də dövlət büdcəsinə ziyan vurub

“Teleşirkət hər il dövlət büdcəsinə 5 milyon manat həcmində vergi ödəyirdi”, o qeyd edib.

MTRŞ-nin nümayəndəsi Toğrul Mirzəzadə şikayətin əleyhinə çıxıb və bununla da məhkəmə heyəti şikayəti rədd edib.

ANS-in əməkdaşları
ANS-in əməkdaşları

Bundan sonra, vəkillər ANS teleradiosunun yayımının dayandırılması nəticəsində həm də reklam işləri ilə məşğul olan “ANS Kommers” Şirkətinə ziyan dəydiyini bildirib. Onlar məhkəmədən “ANS Kommers” şirkətinin üçüncü şəxs qismində məhkəmədə iştirakının təmin edilməsini xahiş edib.

“ANS Kommers” şirkəti yalnız reklam fəaliyyəti, maliyyə işləri ilə məşğul olurdu. Müstəqil hüquqi şəxs idi. Biz bu şirkəti yaratmışdıq ki, yaradıcı işçilər maliyyə işləri ilə məşğulı olmasın. ANS teleradiosunun fəaliyyətinin dayandırılması bu şirkəti də müflis etdi”, Vahid Mustafayev məhkəmə heyətinin diqqətinə çatdırıb.

Bu zaman MTRŞ-nin nümayəndəsi Toğrul Mirzəzadə məhkəmədən şikayətin təmin edilməməsini xahiş edib və hakim heyəti yenə şikayəti təmin etməyib.

Bu arada ANS-in prezidenti Vahid Mustafayev hakim heyətinə etiraz edib.

“Biz müharibədə iştirak etmişik, yaralanmışıq. Sizin bu gözəl Azərbaycanda yaxşı şəraitdə fəaliyyət göstərməyiniz üçün müharibədə iştirak etmişik. Biz gecələr yatmamışıq, məhkəməyə hazırlaşmışıq. Amma siz hakim heyəti MTRŞ-nin nümayəndəsinin bir kəlmə “şikayət təmin edilməsin” sözü ilə şikayətlərimizi təmin etmirsiniz. Bu səbəbdən hakim heyətinə etiraz edirik və işə yeni hakim heyəti tərəfindən baxılmasını istəyirik. Allah sizin balalarınızı saxlasın, xoşbəxt etsin. Biz Allahın dərgahında da görüşəcəyik, yəqin orada qərar başqa cür olacaq”, Mustafayev hakim heyətinə etirazını belə ifadə edib.

Sədrlik edən Kəmaləddin Bədəlov Mustafayevin dediklərinə etiraz edib.

Milli Teleradio Şurası və ANS (kollaj)
Milli Teleradio Şurası və ANS (kollaj)

“Elə fikir formalaşmasın ki, biz qarşı tərəfin bir sözü ilə işləyirik. Qarşı tərəf məhkəmədə iştirak etməsə də bu qərarları qəbul edəcəkdik. Biz hüquqi qərarlar qəbul edirik”, o qeyd edib.

Hakimin bu sözləri isə məhkəmə iclasını izləyənlər tərəfindən gülüşlə qarşılanıb.

Beləliklə, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fethullah Gülenin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildən etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyinin həmin qərardan Avropa Məhkəməsinə şikayət etdiyi bildirilir.

Vahid Mustafayev və Mirşahin Ağayev
Vahid Mustafayev və Mirşahin Ağayev

Teleradio Şurası “ANS-ÇM” radiosunun lisenziyasını da ləğv edib.

ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

Məhkəmədən sonra vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, ANS-lə bağlı bu işdə Avropa İnsan Haqları Konvensiyasının çoxsaylı müddəaları pozulub.

V.Mustafayev isə şirkət rəhbərliyinin Konstitusiya Məhkəməsinə müraciət edəcəyini söyləyib.

V.Mustafayev ANS televiziyasının lisenziyasının dayandırılması ilə bağlı yerli məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət verilməsi ilə bağlı yerli medianın yaydığı xəbərləri nə təkzib, nə də təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG