Accessibility links

ANS-in lisenziyası ləğv edilib [Video]


ANS-in lisenziyası ləğv edilib
please wait

No media source currently available

0:00 0:02:29 0:00

ANS-in lisenziyası ləğv edilib

Telekanal Ali Məhkəməyə şikayət verəcək

Iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Yayım Şurasının iddiasını təmin edib.

Yerli media buna əsas kimi telekanalın Türkiyədə dövlət çevrilişinə cəhd zamanı hadisələri işıqlandırması və Ankaranın bu cəhdin təşkilində ittiham etdiyi din xadimi Fətullah Gülənlə müsahibə hazırlaması göstərir. Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS-in yayımını dayandırıb.

ANS-in əməkdaşları
ANS-in əməkdaşları

Məhkəmə iclası zamanı ANS-in hüquqi nümayəndəsi Sevda Məhərrəmova iş üzrə icraatın dayandırılması barədə vəsatət qaldırıb, çünki Baş Prokurorluqda ANS-in təsisçiləri Vahid Naxış və Mirşahin Ağayevə qarşı “terrorizm”in təblıği predmeti üzrə iş araşdırılır. Hüquqşünas öz mövqeyini onunla izah edib ki, eyni iş üzrə iki icraat ola bilməz.

Öz növbəsində MTRŞ-nin nümayəndəsi, bu qurumun aparat rəhbəri Toğrul Məmmədov deyib ki, iş üzrə icraat o zaman dayandırıla bilər ki, Türkiyədə Gülənin üzərindən terrorizm ittihamı götürülsün.

ANS-in vəsatəti təmin olunmayıb.

Şirkət nümayəndəsi deyib ki, həmin gün ANS 24 saat ərzində Türkiyədən reportajlar yayımlayıb. Əgər terror və vandalizmin təbliğinə yol verilibsə iddiaçı kardları təqdim edə bilər.

Hakim Ülvi Mailov yalnız onu deyib ki, hakimər videoya diqqətlə baxıblar. Lakin o, teleşirkətin qanun pozuntusunun nədən ibarət olduğunu konkretləşdirməyib.

MTRŞ nümayəndəsi bildirib ki, hətta Güləni dəstəkləyən Türkiyə kanalları belə qiyamçıların bəyanatını oxuyan TRT aparıcısının audioyazısını efirdə yaymayıblar, ANS isə bunu dəfələrlə göstərib. Bundan əlavə, ANS tankların insanların üstünə getməsini, kəsilmiş başlar, əlləri göstərib ki, bu da MTRŞ nümayəndəsinin fikrincə, vandalizm əlamətidir.

ANS həmin kadrların göstərilməsini xahiş edib. Lakin bunu etməyiblər.

Sonda məhkəmə 2013-cü il də ANS-ə verilmiş lisenziyasını ləğv edilməsi barədə qərar qəbul edib.

ANS-in vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərə bildirib ki, məhkəmənin qərarı ilə razılaşmırlar və Ali Məhkəməyə kassasya şikayəti veriləcək.

XS
SM
MD
LG