Accessibility links

Kayrosferin yoxa çıxmasının həyat üçün böyük təhlükəsi var


Kayrosferin yoxa çıxmasının həyat üçün böyük təhlükəsi var
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Avropa Fəza Agentliyi Qrenlandiyadan tutmuş Antarktidaya qədər dünya buz örtüklərinin vəziyyətini öyrənmək üçün peyk vasitəsilə çəkilən bütün görüntüləri sənədləşdirir. Həmin təsvirlər dünyadakı buzun suya nə qədər tez çevrildiyini göstərir.

Yer kürəsinin donmuş hissəsinin adı Kriosferdir. Son bir neçə onillik ərzində Avropa Fəza Agentliyi fəzaya Kriosferin vəziyyətini öyrənmək üçün Sentinels 2 və 3 peykləri göndərib. Peyklərdən alınan xəbərlər isə yaxşı deyil. Avropa Fəza Agentliyindən Mark Drinkvoter: "Biz Krisferin müxtəlif elementlərində böyük dəyişikliklır gördük. Əsasən də Arktik dənizindəki buz qatlarının azalmasını müşahidə etdik. Biz eləcə də Qrenlandiya və Antarktidakı buz örtüklərində böyük dəyişikliklır gördük. Bu isə okendakı suyun səviyyəsininin artması və qurudan dənizə axması deməkdir."

Bu görüntülərdəki qırmizi rənglər Qrenlandiyadakı buzların əridiyi yerlərdir. Bu, Antarkdidanın Brunt buzlağıdır. Burada isə Alyaskanın Kolumbiya buzlağının sürətlə əriməsi göstərilir. Kayrosferin yoxa çıxmasının həyat üçün böyük təhlükəsi var. "Buzlaqların Yer kürəsindəki insanların həyatına böyük təsiri var. Əsasən də Asiyanın cənub-şərq hissələrinə. Oradakı inasanlar dağlardan gələn sulardan istifadə edir" - deyə, Mark Drinkvoter bildirir.

Son araşdırmaların nəticələri göstərib ki, hər il dünya boyu buzlaqların əriməsi nəticəsində hər il 369 milyard ton qar və buz yoxa çıxır. "Yay mövsümündə buzlaqların və dağlardakı buzların əriməsini müşahidə edirik. Əlbəttə ki, həmin sulardan əkin sahələrinin suvarılması, su-elektrik stansiyalarında, eləcə də içmək üçün hidroelektrik enerjisi istehsalında istifadə olunur. Beləliklə, biz qlobal istiləşməyə səbəb olan iqlim dəyişikliyinin gələcəkdə su qaynaqlarına necə təsir edəcəyindən narahatıq."

Bəzi araşdırmaların nəticələri son 50 ildə Yer kürəsinin 9.6 trilyon ton buz örtüyünü itirdiyini göstərib. Və buzlar əridikcə günəş istisini daha az əks etdirir ki, bu da davamlı ərizmə prosesinə gətirib çıxara bilər.

Alimlər bu görüntülərin siyasətçilərin İqlim Dəyişikliyi ilə bağlı məlumatlandırılmalarına yardım edəcəyinə ümid edir.

XS
SM
MD
LG