Accessibility links

Antarktidada buzlar sürətlə əriyir [Video]


Antarktidada buzlar sürətlə əriyir
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Planetin istiləndiyinə dair güclü sübutlar var. Nature adlı elmi jurnalda dərc olunan yeni hesabata əsasən, Antarktidada buzlar o dərəcədə sürətlə əriyir ki, bu əsrin sonuna qədər dəniz səviyyəsi 16 santimetrədək arta bilər. Alimlər isə deyir ki, bu çox narahatedici haldır.

Dünyanın hər bir yerində temperatur gündən-günə yerli hava şəraitinə uyğun olaraq artır ya da azalır. Ona görə də illik 1-2 dərəcəlik artımı hiss etmək çətindir.

Biz buz təbəqələrinin həcminin azaldığını, yoxa çıxdığını müşahidə edirik. Biz küləklərin dəyişdiyini, okean temperaturlarının və turşuluğun artdığını, biomüxətlifliyin dəyişdiyini, bir sözlə, Antarktidada hər şeyin dəyişdiyini görürük.
Martin Siegert

Lakin yeni araşdırmanın həm-müəllifi, London İmperial Kollecinin professoru Martin Siegert deyir ki, artan temperaturların Antarktidaya təsiri çox böyükdür.

“Biz buz təbəqələrinin həcminin azaldığını, yoxa çıxdığını müşahidə edirik. Biz küləklərin dəyişdiyini, okean temperaturlarının və turşuluğun artdığını, biomüxətlifliyin dəyişdiyini, bir sözlə, Antarktidada hər şeyin dəyişdiyini görürük. Bizdə onillər öncəyə aid göstəricilər var və onlar bu dəyişikliklərin baş verdiyinin sübutudur,” deyə o bildirir.

Son 30 il ərzində quru və havadan alınan 150-dən çox ölçülərə əsaslanan kompyuter modelləri narahatedici tendensiyaya işarə edir.

Belə ki, 1992-ci ildən 2011-ci ilədədək Antarktidada hər il 76 milyard ton buz əriyib, 2011-ci ildən sonrakı beş il ərzində isə bu rəqəm demək olar üç dəfə artıb, yəni orada hər il 219 milyard ton buz yoxa çıxıb.

“Orada əriyən buz kütlələrini nəzərə aldıqda, Antarktidanın bu əsr ərzində dəniz səviyyəsinin onlarla santimetr artmasına səbəb olması mümkündür,” Siegert deyir.

Alimlər deyir ki, bunun ən əsas səbəbi atmosferə buraxılan karbon dioksiddir. Amma əgər biz indidən hərəkətə keçsək, bu tendensiyanın qarşısını almaq imkanı əldə edə bilərik.

Antarktida
Antarktida

“Buna görə də, biz özümüzə sual verməliyik ki, ‘bizim gələcəkdə yaşamaq istədiyimiz dünya budurmu?’ Bu sualın cavabaı isə təbii ki, ‘xeyr’-dir. Bizim bu hesabatda çatdırmaq istədiyimiz də odur ki, biz Antarktidanın dəyişdiyini dərk etməliyik və bununla bağlı hərəkətə keçməliyik. Bizim indi atdığımız addımlar cənubdakı qitənin gələcəyini formalaşdıracaq,” professor Siegert söyləyir.

Amma bəziləri deyir ki, bunun üçün artıq gecdir. Araşdırma nəticələri buz kütlələrinin bəzilərini bərpa etməyin artıq mümkün olmadığını, okean sularında artan turşuluğun isə bəzi dəniz canlılarının nəslinin kəsilməsinə gətirib çıxaracağını göstərir.

XS
SM
MD
LG