Accessibility links

Antarktidada rekord temperatur?


Dünya Meteorologiya Təşkilatı Antarktidada yeni rekord temperaturun olub olmadığını yoxlayacaq.

Argentinanın Milli Meteoroloji Xidməti bildirir ki, Antarktida yarımadasının şimal hissəsində bir ildir fəaliyyət göstərən Argentinanın araşdırma mərkəzi olan Esperanza bazası rekord temperaturu qeydə alıb - 18.3 °C

Eyni ərazidəki əvvəlki rekord göstərici 2015-ci ilin mart ayında qeydə alınmışdı - 17.5 °C .

BMT-nin hava, iqlim və su hövzələri üzrə nüfuzlu təşkilatı olan Dünya Meteorologiya Təşkilatı xəbəri diqqətlə nəzərdən keçirərək bildirib ki, "BMT-nin Hava və İqlim Ekstremal Arxivi komitəsi bu göstəricinin rekord istilik olub olmadığını yoxlayacaq".

"Bu günə qədər gördüyümüz hər şey, ehtimal ki, qanuni bir qeydə sahibdir, lakin Argentinanın Milli Meteoroloji Xidmətindən hadisəni əhatə edən meteoroloji şəraitlə bağlı dolğun məlumat aldıqdan sonra əlbəttə ki, rekordun rəsmi qiymətləndirilməsinə başlayacağıq," deyə təşkilat əlavə edib.

BMT bildir ki, Antarktida planetin ən sürətlə istiləşən qitələrindən biridir və burada ümumilikdə son 50 il ərzində temperatur təxminən üç dərəcə artıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG