Accessibility links

Antoni Blinken İtaliyaya yola düşüb


ABŞ Dövlət katibi Antoni Blinken Avropaya səfəri çərçivəsində bazar günü İtaliyaya yola düşüb. Orada o, bir neçə gün boyunva İtaliyanın yüksək səviyyəli liderləri, Papa Fransis, Böyük İyirmiliyin liderləri və bəzi nazirlərlə görüşəcək.

Fransa və Almaniyada xoş qarşılanan Blinken İtaliyanın xarici işlər naziri, BMT-nin qida təhlükəsizliyi agentlikləri və ABŞ səfirliyinin rəsmiləri ilə görüş keçirəcək.

Blinken və İtaliyanın Xarici işlər naziri Luigi Di Maio bazar ertəsi Romada İŞİD-ə qarşı qlobal koalisiyanın iclasına həmsədrlik edəcək. Orada o həmçinin Baş nazir Mario Drag və Prezident Sercio Mattarella ilə görüşərək Suriyadakı vətəndaş müharibəsini və Suriyadakı humanitar ehtiyacları müzakirə edəcək.

Dövlət Departamenti bildiri ki, Suriya böyük bir narahatlıq olaraq qalır. Belə ki, orada humanitar düşərgələrdəki on minlərlə qadın və uşaq təhlükəsizlik problemləri ilə üzləşirlər, çünki İslam Dövləti terror qrupunun üzvləri düşərgələrdən sui-istifadə edərək oradan gələcək nəsil döyüşçü cəlb etməyə çalışırlar.

Bundan əlavə bazar ertəsi Blinken Papa Fransis və Arxiyepiskop Pol Qallagerlə görüşmək üçün Vatikana səfər edəcək. Blinkenlə Vatikan rəsmilərinin müzakirə edəcəkləri məsələlər arasında iqlim dəyişikliyi, insan qaçaqçılığı və yoxsul ölkələrin borclarının silinməsi yer alır.

Blinkenin papa ilə görüşü papanın ABŞ-ın ikinci katolik Prezidenti olan Co Baydenlə oktyabrda gözlənilən görüşündən bir neçə öncəyə təsadüf edir.

ABŞ-ın Roma Katolik yepiskopları bu yaxınlara keçirilən iclasda şəxsən aborta qarşı olsalar da, abort hüquqlarını dəstəkləyən katolik siyasətçiləri danlayacaq ümumi bəyanat hazırlamağa qərar veriblər.

XS
SM
MD
LG