Accessibility links

Antoni Blinken Danimarkaya səfər edib


ABŞ Dövlət katibi Antoni Blinken, iqtisadi, təhlükəsizlik, iqlim dəyişikliyi məsələlərini müzakirə etmək, eləcə də Bayden administrasiyasının ABŞ müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək üçün bazar ertəsi Danimarkaya səfər edib.

Blinken proqramına Danimarkanın Baş naziri Mette Frederiksen və kraliça II Margaretlə görüşlər, Kopenhagen Universitetindəki Kvant Materialları Laboratoriyasını ziyarət etmək daxildir.

Danimarkadan sonra Blinken Arktik Şurası nazirlərinin iclasında iştirak etmək üçün İslandiyanın Reykjavik şəhərinə yola düşəcək.

Blinken Kopenhagenin “NATO-nun gücləndirilməsi, Arktika tərəfdaşlığı, iqlim böhranı və qarşılaşılan digər qlobal problemlərin həllinə diqqətin ayırılacağı ilə bağlı səfərin ilk dayanacağı” olduğunu deyib.

Blinken İslandiyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşməlidir. Dövlət Departamentinin dediyinə görə bu, Rusiya ilə münasibətlərin daha çox proqnozlaşdırıla bilməsi və qarşılıqlı maraq doğuran sahələri müzakirə etmək üçün bir fürsətdir.

"Biz yeni START sazişinin daha beş il müddətinə uzadılmasına nail olduq.Prezidentin dediyi kimi Rusiyaya baha başa gələcək agressiv davranışı və zərəverici əməllərini nəzərdən keçiririk” - deyə, Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi müxbirlərə bildirib.

“Biz boş durmuruq. Gərginliyə çalışmırıq, sadəcə, proqnozlaşdırıla bilən, sabit bir əlaqə axtarırıq. Xarici işlər naziri Lavrovla müzakirə edə biləcəyimiz sahələrin olduğunu düşünürəm” - deyə, o əlavə edib.

XS
SM
MD
LG