Accessibility links

Antoni Blinken Mövlud Çavuşoğlu ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib


ABŞ-ın Dövlət katibi Antoni Blinken ilə Türkiyənin Xarici Mövlud Cavuşoğlu arasında telefon danışığı baş tutub. ABŞ-ın Dövlət Departamenti telefon danışığı ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, iki nazir telefon danışığı zamanı Əfqanıstandakı mövcud durumu və təxliyə əməliyyatlarını müzakirə edib. “Dövlət katibi Blinken Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Əfqanıstanda davam edən əməkdaşlığımız və vətəndaşlarımız, müttəfiqlərimiz və ortaqlarımızın təhlükəsiz və nizamlı bir şəkildə təxliyə edilməsinə dair səylərimizi müzakirə etdi,” bəyanatda bildirilib.

Əfqanıstanda təxliyənin aparıldığı Kabil Hamid Karzai Beynəlxalq Hava limanında Türkiyə əsgərləri ABŞ əsgərləri ilə birlikdə xidmət göstərir. Dünən ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Körbi ona ünvanlanan bir suala cavab olaraq Türkiyə əsgərlərinin verdiyi töhfələrin vacib olduğunu və əməkdaşlığın davam etdiyini bildirib.

ABŞ və NATO qoşunlarının Əfqanıstandan geri çəkilməsindən sonra Türkiyənin hava limanının təhlükəsizliyini təmin etmək üçün ölkədə qalıb-qalmayacağı hələ də bəlli deyil. Taliban rəhbərliyi isə verdiyi açıqlamada qoşunların çəkilməsindən sonra təhlükəsizliyin özləri tərəfindən təmin ediləcəyini açıqlayıb. ABŞ rəhbərliyi daha öncə Türkiyənin Kabil hava limanının təhlükəsizliyini təmin etmək niyyətini müsbət qarşıladığını açıqlamışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG