Accessibility links

Baydenin dövlət katibi vəzifəsinə seçimi - Antoni Blinken


Baydenin dövlət katibi vəzifəsinə seçimi - Antoni Blinken
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Baydenin dövlət katibi vəzifəsinə seçimi - Antoni Blinken

ABŞ prezidentliyinə yeni seçilmiş prezident Co Bayden uzun müddətdir yaxın müşaviri və keçmiş dövlət katibinin müavini Antoni Blinkeni növbəti dövlət katibi vəzifəsinə seçib. Blinken daha çox beynəlxalq tərəfdaşlıq, insan haqlarının və qaçqın hüquqlarının müdafiəçisi kimi tanınır.

Antoni Blinken keçmiş Obama-Bayden administrasiyası dövründə dövlət katibinin müavini vəzifəsində çalışıb və 2002-ci ildən Co Baydenin müşaviri olub. Fransanın paytaxtı Parisdə orta məktəbi bitirən Blinken NATO və digər ittifaqlar, habelə çoxtərəfli qurumların güclü bir dəstəkçisidir.

Blinken ABŞ-ın qlobal qaçqın böhranının həllində iştirak edib və 2016-cı ildə Amerikalı uşaq şousu “Sesame Street”də qaçqınların kim olduğunu və insanların biri-birinə necə öyrəşə biləcəyini izah etmişdi.

"Bunlar evlərini tərk etmək məcburiyyətində qalan insanlardır. Qrover, təsəvvür edirsən ki, evini tərk etmək nə qədər çətindir?”

"Xeyr, edə bilmərəm! Heç vaxt Sesami küçəsindən ayrılmaq istəməzdim!" - deyə, şounun qəhrəmanı Qrover cavab verib.

Bəzi analitiklər Blinkenin ilk prioritetinin İranın nüvə sazişi kimi Trampın çıxdığı müqavilərlərə qayıtmaq və münasibətləri yaxşılaşdırmaq olduğunu deyir.

“Düşünürəm ki, onun birinci və ən böyük prioriteti ABŞ-ın dünyada etibarlı bir müttəfiq və tərəfdaş kimi qəbul edilməsinin bərpasır. Düşünürəm ki, o, zədələnmiş münasibətləri bərpa etmək istəyir. Əslində mantra ‘Geri qayıtdıq’ deməkdir. O, ABŞ-ın Paris iqlim razılaşmalarına yenidən qayıtmaq və START müqaviləsini uzatmağın potensial yolunu axtarır ...” - deyə, Atlantik Şurasından Mark Simakovski bildirib.

Baydenin Birləşmiş Millətlər Təşkilatındakı növbəti səfiri vəzifəsinə seçimi veteran diplomat Linda Tomas-Qrinfilddir.

“Məndə anamın ümidləri və arzuları var idi. Mənə çox erkən yaşda yoluma qoyulan hər cür çətinlik və problemlərlə üzləşə biləcəyimi öyrədən anam ... ”

Senat tərəfindən təsdiqlənsə, Blinken 2018-ci ilin aprelindən bəri dövlət katibi vəzifəsində çalışan Mayk Pompeonu əvəz edəcək.

XS
SM
MD
LG