Accessibility links

Antoni Fauçi koronavirusla bağlı yeni xəbərdarlıqlar edib


Dr. Antoni Fauçi

ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti Dr. Antoni Fauçi bazar günü ölkədə, xüsusilə də insanların delta variantının sürətlə yayılmasına baxmayaraq, vaksin vurmağa müqavimət göstərdiyi ərazilərdə koronavirusa yoluxma hallarının artması ilə bağlı həyəcan təbili çalıb.

“Biz yanlış istiqamətdə irəliləyirik,” Fauçi CNN-in “State of the Union” verilişində söyləyib. “Ölkə əhalisinin 50 faizinə vaksin vurulmayıb. Bu problemdir,” o deyib.

“Biz özümüzü təhlükəyə atırıq,” – deyə, Prezident Co Baydenin baş tibbi müşaviri bildirib.

Birləşmiş Ştatlarda xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayı ötən qış ayında qeydə alınan pik göstəricilərdən xeyli aşağıdır. Lakin ölkədə vaksinlərlə, vaksinlərin təhlükəsizliyi ilə bağlı skeptisizmin və hökumətin vaksin olmaq təkliflərinə müqavimətin olduğu yerlərdə yeni yoluxma halları kəskin şəkildə artər.

ABŞ-da şənbə günü 51 mindən çox yeni yoluxma halı qeydə alınıb ki, bu da son iki həftədə 172 faizlik bir artımdı. Son həftələrdə hər gün 250-dən çox ölüm qeydə alınır.

Hazırda hökumət 162 milyon amerikalının tam vaksin olduğunu bildirir. Bu isə ölkə əhalisinin 49 faizinə, yetkinlik yaşına çatanların isə 60 faizinə bərabərdir.

Lakin rəy soğruları göstərir ki, vaksin olmayan amerikalıların 80 faizi rəsmilərin çağırışlarına baxmayaraq ya qəti şəkildə ya da böyük ehtimalla vaksin olmayacaqlar.

Bir çox mühafizəkar siyasətçi daha öncə vaksinlərə qarşı ehtiyatla yanaşırdı və ya vaksin olmağın şəxsi seçim olduğunu deyirdi. İndi isə bəziləri vaksin olmağı rədd edənlərə qəzəblə yanaşırlar.

Alabama ştatının Respublikaçı qubernatoru Key Ayvi ötən həftə vaksin olmayanlarla bağlı “Bu insanlar dəhşətli həyat tərzi seçirlər” deyib.

Bir digər Respublikaçı qubernator, arkanzaslı Asa Hatçinson uzun müddət ştatında insanları vaksin olmağa çağırsa da, Arkanzas vaksin olanların sayına görə ən sonda gələn ştatlardan biridir. Orada yaxınlarda iki yeniyetmə COVID-19 səbəbilə həyatını itirib.

“Bu, həyəcan təbilidir,” o, CNN-ə bildirib. “Vaksinlərə müqavimət artıb,” o əlavə edib.

Lakin Hatçinson vaksin olmayan insanların fikirlərini dəyişəcəyinə dair nikbinliyini də ifadə edib.

“İnsanların müqaviməti dəyişə bilər. Biz diqqəti buna yönəltməliyik,” o söyləyib.

Fauçi deyib ki, vaksin olunanlar vaksinə, o cümlədən delta ştammına qarşı “çox qorunur.” Lakin ABŞ-da aprel ayının ortalarından bəri vaksinasiya sürəti 80 faiz azalıb.

Los Anceles və Sent-Luis kimi bəzi şəhərlər insanların vaksin olub-olmamalarına baxmayaraq bağlı ictimai məkanlarda insanların maska taxmalarına göstəriş verib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG