Accessibility links

Yeni ildə BMT-də yeni idarəçilik


Dekabrın 31-də Ban Ki Munun səlahiyyət müddətini başa vurmasından sonra bu gün BMT-nin yeni baş katibi Antonio Quterreş dünyanın ən ali diplomatik qurumunda vəzifəsinin icrasına başlayıb.

Portuqaliyanın sabiq baş naziri və BMT Qaçqınlar Üzrə Ali Komissarı Quterreş BMT-yə müraciətində bildirib ki, münaqişə və müharibələrdən əziyyət çəkən milyonlarla insana necə kömək etmək sualı hər an onun beynindədir.

Gündəlik həyatımızda həmrəylik və şəfqətədən tutmuş siyasi bölünmələrdə dialoq və hörmətədək, müharibə meydanlarında atəşkəsdən danışıqlar masasında güzəştlərədək - hər yerdə sülh bizim başlıca məqsəd və məramımız olmalıdır.
Antonio Quterreş

O, mülki vətəndaşların qəddar rəftara məruz qaldığını, öldürüldüyünü, yaralandığını, evlərindən didərdhin düşdüyünü və aclığa məruz qaldığını vurğulayıb. Yeni baş katib deyib ki, hətta hospitallar və humanitar yardım konvoyları da zorakılığa məruz qalır.

Körpü təsisçisi

Quterreş BMT-dəki missiyasının dünyaya sülhü gətirmək olduğunu bildirib.

“Gündəlik həyatımızda həmrəylik və şəfqətədən tutmuş siyasi bölünmələrdə dialoq və hörmətədək, müharibə meydanlarında atəşkəsdən danışıqlar masasında güzəştlərədək - hər yerdə sülh bizim başlıca məqsəd və məramımız olmalıdır" - deyə cənab Quterreş bildirib.

Yeni baş katib ABŞ-ın növbəti prezidenti Donald Tramp BMT-nin effektsiz olması ilə bağlı narahatlıqlarını ifadə edərkən körpü təsisçisi olacağına söz vermişdi. Fikir ayrılıqlarına baxmayaraq Quterreş Tramp administrasiyası ilə birgə işləcəyini, eləcə də qarşıdakı illərdə ABŞ və BMT-nin üzləşəcəyi böyük sınaqlara dair əməkdaşlıq etməyə çalışacağını vəd etmişdi.

XS
SM
MD
LG