Accessibility links

Antonio Qutierres: Dünya birliyi hər şeyi etməlidir ki, münaqişə öz həllini tapsın


Antonio Qutierres: Dünya birliyi hər şeyi etməlidir ki, münaqişə öz həllini tapsın
Antonio Qutierres: Dünya birliyi hər şeyi etməlidir ki, münaqişə öz həllini tapsın

Ali komissar Azərbaycanda məcburi köşkün probleminin qaldığını deyib.”Dünyada böhranlar bir-birinin ardınca baş verir və vacib olan budur ki, beynəlxalq ictimaiyyət yadında saxlasın ki, bu münaqişə artıq 20 ildir ki, mövcuddur və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmaqdan məhrumdur. Dünya birliyi hər şeyi etməlidir ki, münaqişə öz həllini tapsın.”

BMT Qaçqınların İşləri üzrə Ali Komissarı Antonio Qutierres mayın 17-19-da Azərbaycana səfərində məqsəd məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmaq, dünya birliyinin diqqətini Qarabağ münaqişəsinin həll olunmamasına və onun nəticələrinə yönəltməkdir.

“Azərbaycana səfər etməklə mən dünya birliyinə göstərmək istəyirəm ki, problem qalır. Dünyada böhranlar bir-birinin ardınca baş verir və vacib olan budur ki, beynəlxalq ictimaiyyət yadında saxlasın ki, bu münaqişə artıq 20 ildir ki, mövcuddur və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmaqdan məhrumdur. Dünya birliyi hər şeyi etməlidir ki, münaqişə öz həllini tapsın”, - cənab Qutierres bu gün Bakıya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun ölkəyə əvvəlki səfərindən 5 il sonra köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülüb. O, razılıqla qeyd edib ki, hökumət onların problemlərinin həllini öz üzərinə götürüb və çadır düşərgələri ləğv olunduqdan sonra yataqxanalarda yaşayanlar üçün evlər tikilir.

Ali komissarın sözlərinə görə, Azərbaycan sözügedən kateqoriyaya aid şəxslər üçün adambaşına düşən investisiyanın həcminə görə dünyada liderlik edir. Azərbaycanda BMT Qaçqınların İşləri üzrə Ali Komissarlığı daha ölkədəki köçkün şəxslərə maddi yardımın göstərilməsi ilə məşğul olmur. Eyni zamanda, bu qurum onların doğma yerlərinə repatriasiyasının təminatı üzrə tədbirlərin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.
Ermənistanda Ali Komissarlıq donor yardımının cəlb olunması üzrə işləri davam etdirir. Antonio Qutierres bunu onunla izah edib ki, Ermənistan hökuməti bunu öz gücü ilə etmək iqtidarında deyil. O, bildirib ki, Ermənistanda qaçqınlar üçün 1200 evin tikilməsi məqsədilə proqramın maliyyələşdirilməsi üçün beynəlxalq donorlara müraciət edib.

Qutierres bildirib ki, Ali Komissarlıq Dağlıq Qarabağda və ona bitişik işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirmək niyyətində deyil. “Bizim fəaliyyətimiz tərəflər arasında konsensus prinsipləri üzərində qurulur”, o, vurğulayıb. Azərbaycanda üçüncü ölkədən, əsasən Əfqanıstan, Yaxın Şərq və Şimali Qafqazdan olan qaçqınların vəziyyətinə toxunan Qutierres razılıqla qeyd edib ki, Azərbaycan hökuməti düzgün hərəkət edir və gələn qaçqınları zorla ölkədən çıxarmır.

Eyni zamanda o, əlavə edib ki, ölkə rəhbərliyi və miqrasiya qurumları ilə qaçqın statusunun verilməsi prosedurunun təkmilləşdirilməsi və bu sahədə qanunvericiliyin inkişafı məsələsini müzakirə edib. Antonio Qutierres hökumətin bu məsələyə dair mövqeyindən razı qaldığını bildirib.

XS
SM
MD
LG