Accessibility links

Aparıcı texnologiyalar robotları daha mükəmməl və əlçatan edib


Aparıcı texnologiyalar robotları daha mükəmməl və əlçatan edib
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Elmi fantastika robotların insanların şəxsi köməkçiləri rolunda olması ideyasını adiləşdirib. Amma bu artıq fantastika deyil. Özünü idarə edən avtomobillərin texnologiyası ilə hazırlanmış robot, bu ideyanın reallığa daha yaxın etdi.

İnsan və maşın arasında münasibətlər daha da yaxınlaşdı. Tel Əvivdən olan Roboteam texnoloji startapı “Temi” adlı robot hazırlayıb. Bu robot sahibini izləyib, səsli göstərişlərə əməl edir. O həm də, smatfon vasitəsilə idarə edilə bilər.

Danni İsserles, Temi, Nyu York qərargahının rəhbəri: “Mən düyməni vursam, Temi mənim üzümə və bədənimə fokuslanır və məni izləməyə başlayır. Beləliklə mən video konfranslarda daha rahat iştirak edirəm.”

Temi 16 sensordan istifadə edir. Bu, robotun hərəkətinə və yıxılmamasına kömək edir. Dizaynerlər bildirirlər ki, Temi-nin ətrafı təhlil etmək və yeni yerləri öyrənmək bacarığı onu video konfranslar üçün mükəmməl edir.

Danni İsserles, Temi, Nyu York qərargahının rəhbəri:“Mən xaricdəyəmsə və uşaqlarıma nağıl oxumaq istəyirəmsə, telefonumdakı düyməni basaraq, robotu uşağımın otağına göndərə bilərəm və beləliklə ona nağıl oxuya bilərəm.”

Temi avtonom maşınlarda yerləşdirilən texnologiyadan istifadə edir. Onun adı “Lidar”-dır. Bu texnologiya vasitəsilə lazerlərin ətrafa siqnallar göndərməklə ölçülər götürür və çox dəqiq xəritə hazırlayır. Dizaynerlər deyirlər ki, ilk dəfədir ki, bu texnologiya potensial təhlükələrə yol verməmək üçün, ev və ya ofis şəraitində istifadə edilir.

Danni İsserles, Temi, Nyu York qərargahının rəhbəri: “Bu maneələri aşma və naviqasiya texnologiyası heç bir şirkət tərəfindən heç vaxt ev şəraitində tətbiq edilməyib. Robotumuzu fərqləndirən və xüsusi edən məhz bu keyfiyyətdir.”

Roboteam bu yaxınlarda Temi-ni Berlində keçirilən istehlakçı elektronikası sərgisində təqdim edib. Şirkət bildirir ki, robotun hazırlanması zamanı diqqətdə olan ilk meyar, məhsulun son istifadəçiləri olub. Temi, oktyabr ayından etibarən bazarlara çıxarılacaq və dəyəri təxminən 1500 dollar olacaq.

XS
SM
MD
LG