Accessibility links

Putin Asiya-Sakit okeanı ölkələrinin sammitinə ev sahiblyi edir


Vladivostokda keçirilən zirvə toplantısında 21 ölkənin lideri iştirak edir

Asiya-Sakit okeanı regionunun 21 ölkəsinin lideri Vladivostokda keçirilən sammitdə ticarət məhdudiyyətlərinin aradan qaldırılması yolu ilə qlobal inkişafın gücləndirilməsi məsələlərini müzakirə edir.

Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi zirvə toplantısında keçirilən ikitərəfli görüşlər sammitin özü qədər əhəmiyyətlidir.

Prezident Putin zirvə görüşündə Rusiyanın tranzit infrstakrutunun gücləndirilməsi imkanı qazanmağa çalışır.

Çin prezidenti Hu Tsintao şosse və dəmir yollarının çəkilməsi, habelə enerji layihələrinə 150 milyard dollar məbləğində vəsaitin ayrıldığını elan edib. Onun sözlərinə görə, ölkənin nəqliyyat şəbəkələri gələn üç ildə ərzində Çinin xarici ölkələrdən əlavə 10 trilyon dollar dəyərində məhsul idxal etməsinə imkan verəcək. Cəna Hu iqtisadi infratrukturun gücləndirilməsini inkişafa nail olmağın başlıca yolu hesab etdiyini deyib.

Zirvə görüşü çərçivəsində Yaponiya və Rusiyanın Qazprom şirkətinin rəsmiləri Vladivostok yaxınlığında 13 milyard dollara başa gələcək qaz emalı zavodu və ticarət limanının inşasına dair ilkin razılaşma imzalayıb.

ABŞ Dövlət katibi Hillari Klinton və Rusiyanın Xarici İşləra naziri Sergey Lavrov Birləşmiş Ştatlar və Rusiya arasında Antarktidanın öyrənilməsi məqsədilə elmi əməkdaşlığın gücləndirilməsinə dair razılığa imaz atıblar.

Xanım Klinton ABŞ prezidentinin Demokratların Milli qurultaında iştirak edə bilməsi üçün sammitdə cənab Obamanın yerinə iştirak edir. Rusiyada olduğu müddət dövlət katibi Klintonun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüş zamanı Suriyada vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG