Accessibility links

Apellyasiya Məhkəməsi ADR Hərəkatının şikayətini təmin etməyib


Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Martın 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Səriyyə Seyidovanın sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında piket keçirmək üçün xəbərdarlıq məktubuna Bakı şəhər İcra Hakimiyyətinin imtina cavabı ilə bağlı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarından şikayətini təmin etməyib.

ADR Hərəkatının İdarə Heyəti dözülməz sosial durumun, acınacaqlı yaşam şərtlərinin əhalinin az təminatlı hissəsinin, xüsusilə də yaşlı nəslin və uşaqların güzəranının daha da pisləşməsinə səbəb olduğunu əsas gətirərək, 2020-ci ilin dövlət büdcəsində uşaq pulunun verilməsinin nəzərə alınması, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələbləri ilə 2019-cu il noyabrın 19-da Sosial Müdafiə Nazirliyinin qarşısında “Uşaq pulu bərpa olunsun!” şüarı ilə piket keçirməyə qərar verib. Hərəkatın xəbərdarlıq məktubuna Bakı şəhər İcra Hakimiyyəti mənfi cavab verib. Bu səbəbdən ADR Hərəkatı Bakı şəhər İcra Hakimiyyətini 1 saylı İnzibati-İqtisadi məhkəməsinə verib. Məkəmə iddianı təmin etməyib.

ADR Hərəkatı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcəyini bildirir.

“Ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmadığından Ali Məhkəmədən də ədalətli qərar gözləməyən ADR Hərəkatı iddianın təmin olunması üçün növbəti mərhələdə Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunmadığı üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək,” hərəkatın lideri Qubad İbadoğlu bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG