Accessibility links

Apellyasiya məhkəməsi AXCP fəalını həbsdə saxlayıb


Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu qərarı iyulun 5-də çıxarıb

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrlik etdiyi kollegiya birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Fuad Əhmədli məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib.

Apellyasiya məhkəməsi AXCP fəalını həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Fuad Əhmədlinin indiyədək həbsdə saxlanılmasını ədalətsizlik kimi qiymətləndirib və hazırki hakimiyyətdən dəyişiklik gözləməyin əbəs olduğunu bildirib.

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində (Nar Mobile) texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.

O, Cinayət Məcəlləsinin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il həbsə məhkum edilib.

Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Hökumət rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymır.

XS
SM
MD
LG