Accessibility links

Apellyasiya Məhkəməsi AXCP fəalının şikayətini təmin etməyib


Bu gün, noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mütəllim Orucov barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə apellyasiya şikayətini təmin etməyib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Orucovun ifadəsi işgəncə altında alınıb.

“Onu zəng edib Quba rayonunda kənddəki evindən çağırıblar. Sonra saxlayıblar və guya üzərindən 8,7 qram heroin tapıblar,” o qeyd edib.

Vəkilin sözlərinə görə, Orucova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb, oktyabrın 27-də Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Mütəllim Orucov bu ilin iyunun 1-də Almaniyadan deportasiya olunub.

AXCP sədri Əli Kərimli bildirib ki, Mütəllim Orucov narkotiklə şərlənərək həbs olunub.

“Mütəllim Orucov bir neçə il idi ki, Almaniyada yaşayırdı. Almaniyada yaşadığı müddətdə Azərbaycandakı siyasi məhbusların müdafiəsinə həsr olunmuş etiraz aksiyalarında fəal iştirak edib. Hökumət də Mütəllim bəydən həmin fəallığın qisasını alır. Mütəllim bəy bu ilin iyun ayında Almaniyadan deportasiya olunub. Rejimin əlinə fürsət düşüb ki, qisas alsın. Onu utanmadan, nümayişkaranə şəkildə şərləyiblər. Sonra da istəyirlər ki, cəmiyyət bunların repressiya aparatının irəli sürdüyü uydurma ittihamları ciddiyə alsın,” AXCP sədri Facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG