Accessibility links

Apellyasiya məhkəməsi AXCP fəalının şikayətini təmin etməyib


Apellyasiya məhkəməsi
Apellyasiya məhkəməsi

Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə AXCP təşkilat şöbəsinin üzvü Elnur Yusubov barədə inzibati həbs qərarından verilən şikayətini təmin etməyib.

AXCP-dən Amerikanın Səsinə verilən məlumata görə, Elnur Yusubov özü də məhkəmədə iştirak edib.

O, məhkəmədə protokolun saxta, həbsinin iasə qanunsuz olduğunu bildirib.

Elnur Yusubov özünün inzibati həbsinin son günlər AXCP-yə qarşı repressiyanın tərkib hissəsi olduğunu məhkəmə heyətinə çatdırıb.

Onun vəkili bildirib ki, qərarla bağlı Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edəcək.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi ilə bağlı bu partiyanın 47 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çox sayda insan saxlanılıb.

XS
SM
MD
LG