Accessibility links

Apellyasiya Məhkəməsi Bayram Məmmədovu azadlığa buraxmayıb


Apellyasiya Məhkəməsi Bayram Məmmədovu azadlığa buraxmayıb
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Aprelin 10-da Bakı Apelyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə 30 sutka inzibati həbsə məhkum edilmiş keçmiş siyasi məhbus Bayram Məmmədovun şikayətini təmin etməyib.

Bayram Məmmədovun özü də məhkəmədə iştirak edib.

2016-cı ilin mayın 10-da Heydər Əliyevin heykələ şüar yazdıqdan sonra narkotik ittihamıyla 10 il həbs cəzası alan Bayram Məmmədov martın 16-da əfv sərəncamıyla azadlığa buraxılsa da, martın 30-da yenidən həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunaraq , 30 sutka inzibati qaydada həbs edilib.

İddia olunur ki, Bayram Məmmədov Sabunçu rayonu Polis İdarəsinin, 12-ci Polis Bölməsinin qarşısında söyüş söyüb.

Vəkili Elçin Sadıqov 30 sutkalıq həbs qərarından apellyasiya şikayəti versə də, təmin olunmamışdı. Bu şikayəti isə Bayram Məmmədovun özü ayrıca verib. Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Əflatun Qasımov baxıb.

Bayram Məmmədov hakimə üz tutaraq: "Adamlar gəlib, siz mantiya geyinmisiz, bunlar hamısı yaxşıdır. Amma mən bunu məhkəmə hesab edib, ədalətli qərar gözləmirəm. Apellyasiya şikayətini də ona görə verməmişəm. Həbsimə gəlincə, görünür, hakim fikirləşib ki, 3 il tamam olmayıb, 1 ay kəm gəlir, ona görə 30 sutkanı verib."

Hakimin "xahişiniz nədir" sualına isə gənc fəal belə cavab verib: "Xahişim yoxdur, tələbim var, qərar ləğv olunsun."

Vəkil bildirib ki, Sabunçu Rayon Məhkəməsində bu işə baxılarkən işin faktiki halları araşdırılmayıb, raportu tərtib edən şəxslər belə dindirilməyib, videogörüntülərə baxış keçirilməyib.

Sadıqov Məmmədovun inzibati həbs olunanların saxlandığı məntəqədə işgəncələrə məruz qaldığını da vurğulayıb.

Hakim qısa müşavirədən sonra Sabunçu Rayon Məhkəməsinin Məmmədov haqqında 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilmədən qüvvədə saxlandığını açıqlayıb.

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanılıb.

Rəsmi qurumlar onları narkotikdə ittiham edib. Məhkəmə qanunsuz narkotik maddəsinin dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazdıqlarına görə həbs edildiklərini bildirib.

Onların hər ikisi bu ilin martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG