Elina Hacıyevanın işi üzrə apelyasiya şikayətinə baxılıb
Dekabrın 20-də Bakı Apelyasiya Məhkəməsində 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Şikayətə məhkəmə araşdırması olmadan aparılması barədə qərar verilib. Bu barədə qərar hakim Faiq Qasımovun sədrliyi ilə elan olunub. Həm Elinanın anası Sevil Hüseynova, həm də məktəbin keçmiş direktoru Sevinc Abbasova hökmdən apellyasiya şikayəti verib. Zərərçəkmiş tərəf direktora verilən cəzanın ağırlaşdırılmasını, onun həbsini tələb edir. Sevinc Abbasova isə ona verilən azadlığın məhdudlaşdırılması cəzasıyla razı deyil. O, məktəblinin ölümündə günahı olmadığını deyir və bəraət istəyir. Abbasova özü məhkəmədən çıxarkən sualları cavablandırmaqdan imtina edib. Prosesdən sonra gənc fəallar məhkəmənin binası qarşısında etiraz aksiyası keçirib. Özəlliklə sabiq direktor məhkəmə binasından çıxarkən gənc fəallar "Elinaya ədalət!" şüarını səsləndirməklə etirazlarını ifadə ediblər. Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?