Accessibility links

ABŞ-ın Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin şikayətini təmin etməyib


ABŞ-ın Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Federal Məhkəmənin prezident Donald Trampın mühacirət fərmanını müvəqqəti dayandırması ilə bağlı hökmündən verdiyi şikayəti təmin etməyib.

Məhkəmə kimin ölkədə qala və ölkəyə buraxılmasına dair əlavə dəlillər hazırlanmasını tələb edib.

Ədliyyə Nazirliyi apellyasiya verdikdən sonra prezident Trump adminstrasiyasının qələbəsinə əminliyini ifadə etmişdi.

Tramp Tvitter hesabında fərmanının icrasını dayandıran hakim Ceyms Robartı “hakim deyilən şəxs”, onun qərarını isə “gülünc” adlandırıb.

Trampın sərəncamının əleyhinə olan Vaşinqton ştatının baş prokuroru Bob Ferquson deyib ki, sərəncamın dayandırılması qərarı ABŞ Konstitusiyasına uyğundur və hətta prezident belə qanundan yüksəkdə dayana bilməz.

XS
SM
MD
LG