Gürcüstanın apellyasiya məhkəməsi ötən ay paytaxtda hökumət əleyhinə etiraz aksiyası zamanı kütləvi iğtişaşlara səbəb olmaqda ittiham edilən müxalifətçi millət vəkili Nika Melianın zaminə buraxılması qərarını qüvvədə saxlayıb.
Tbilisinın Apelyasiya Məhkəməsi bu qərarı iyul ayının 2-si, daxili işlər nazirinin istefası tələbi ilə parlament binası qarşısında davam edən mitinqlərin 12-ci günü verib.
Prokurorlar məhkəmənın bundan əvvəl Melianı sərbəst buraxmaq haqda çıxardığı qərara qarşı çıxıb, onun vəkilləri isə Meliaya qarşı irəli sürülən bütün ittihamların qaldırılmasını istəyib.
Müxalif qanunverici və sabiq prezident Mixail Saakaşvilinin “Milli Birlik Hərəkatı” partiyasının lideri olan Melia ona qarşı irəli sürülən ittihamları absurd adlandırıb.
Parlament iyunun 26-da Melianın toxunulmazlığının ləğv edilməsinə səs verib, lakin səsvermə müxalifət partiyaları səsverməni boykot edərək, qanuvericini təqib edilməsini "siyasi təqib" adlandırıblar.
Polisin iyunun 20-də parlament binasına daxil olmağa çalışan nümayişçiləri geri çəkilməyə məcbur etmək üçün onlara qarşı rezin güllələr və təzyiqli sudan istifadə etməsi nəticəsində 240-dan çox insan xəsarət alıb.