Accessibility links

Apple şirkətindən yeni təkliflər


Apple-in yeni iPhone XR modeli ən çox satılan iPhone XS Max modelindəki bir çox xüsusiyyətlərə malikdir, lakin onun qiyməti $1,100 dollar deyil. iPhone XR $750 dollara satışa çıxarılıb.

Ucuz bir şey üçün iPhone tarixinə baxmaq lazımdır. Köhnə modellər hələ də çox yaxşıdır. Yeni telefon alış-verişi edirsinizsə, bunu həqiqətən istədiyiniz və bunun üçün ödəməyə hazır olduğunuz barədə çox düşünmək gərəkdir. Əvvəlki nəsil telefonlarda olunan dəyişikliklər artmaqdadır, lakin vaxt keçdikcə onlar daha da arta bilər, ödəyəcəyiniz məbləğlər kimi.

iPHONE 7 ($449)

iPhone kameralarında böyük siçrayış İPhone 6S ilə oldu. Apple şirkəti 8 meqapiksel kameralardan 12 meqapikselə dəyişdi. İPhone 7-də ön ekran kamerası isə 5 meqapikseldən 7 meqapikselə artırıldı.

iPhone 7 Apple-in standard qulaqcıq girişinin ləğv olunduğu modeldir. Qulaqcıqlar həm şarj, həm də məlumatların ötürülməsi üçün istifadə edilən birləşdirici portdan qoşulur. Lakin telefonunuzu şarj edərkən musiqiyə qulaq asmaq əsl başağrısıdır. Bunun üçün $159 dəyərində simsiz qulaqcıq - AirPods lazımdır. Apple şirkəti artıq telefonlara standart qulaqcıq üçün keçirici əlavə etmir, onun üçün əlavə $9 ödəmək lazımdır.

iPHONE 7 PLUS ($569)

iPhone 7-nin daha böyük modelinin arxa hissəsində ikinci kamera linzası var və iki dəfə böyüdülən zaman belə keyfiyyəti pozulmur. Həmçinin portret çəkilişlərində kameranın ölçüsü dərinliyini və bulanıq arxa fonu təmin edir,

iPHONE 8 ($599)

Yeni rəng filtrləri daha canlı və dolğun rənglər yaradır, yeni bir işıq texnikası isə ön və arxa fonları daha düzgün işıqlandırmağa çalışır. Fərqlər olsa da, cüzidir. iPhone 7 ölçüsündə olan bu modeldə, ən erkən iPhonelarda olan şüşə arxalıq bərpa olunub. Şarj edərkən musiqi dinləmək problemini də həll edən simsiz yükləmə cihazından istifadə oluna bilər. Lakin şüşə telefonu qorumaq üçün telefon qabı almaq lazımdır.

iPHONE 8 PLUS ($699)

Yenə də Plus model daha geniş ekrana malikdir. Bulanıq fonları olan çəkilişlər üçün yeni bir xüsusiyyət, studiya və digər işıqlandırma şərtlərini təqlid etmək üçün yeni filterlər əlavə etməyə imkan verir.

IPHONE XR ($749)

Cümə günü çıxacaq Apple-in kənar ekranı olan son modelində daha bahalı modelləri iPhone XS və XS Max ilə müqayisədə geniş çeşidli rənglər, kontrast və görüntü keyfiyyəti yoxdur. Ev düyməsi yoxdur, barmaq izi sensorunun yerinə telefonu açmaq üçün üztanıma funksiyasl əlavə olunub. Telefon özü böyük olsa da, iPhone Max qədər böyük deyil.

Kamera inkişaf etməyə davam edir, artıq fokuslamaq və aşağı işıqlanma xüsusiyyətləri əlavə olunub. Daha yaxşı işıqlandırma balansı var. Lakin XR modelinin iki linzalı kamerası yoxdur,

iPHONE XS ($999)

iPhone X kimi bu modelin də kənarları əhatə edən ekranı var. Ekran demək olar ki, iPhone 7 Plus və iPhone 8 Plus modelləri ilə eyni ölçüyə malikdir. Təkmilləşdirilmiş ekran texnologiyası parlaq rənglər və daha yaxşı kontrast deməkdir. Siz həm də iki linzalı kamera əldə edirsiniz.

iPHONE XS MAX ($1,099)

Bu demək olar ki, iPhone XS modelinin “Plus” versiyasıdır. Telefon özü plus ölçüsündədir. Lakin ekran daha genişdir. Bu model “Plus” istifadəçiləri üçün elə də böyük olmayacaq. Amma kiçik əl və ciblərə sahibsinizsə, almamışdan öncə iki dəfə düşünün.

Apple şirkəti artıq iPhone SE modelini satmır. Bu 3 il əvvəl buraxılan iPhone 6S modelinin daha balaca, lakin iPhone 7 və 8 modellərindən daha qalındır. Telefonlarda meyl daha böyük olmasına baxmayaraq, bəzi insanlar daha kiçik ölçülü və $350 dollar qiymətini seçdilər.

Bir SE, 7 və ya 7 Plus əldə etsəniz, yaddaşı artırmağı düşünün. Bu telefonların 32 gigabayt yaddaşları var. Bu isə bu günlərdə standartların yarısıdır. Yeniləməsəniz, şəkillər, videolar və mahnıların telefonunuzu tez bir zamanda doldurma riski var.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG