Accessibility links

Apple - yeni nəsil smartfon, planşet və saat modelləri


Apple yeni nəsil smartfon, planşet və saat modellərini təqdim edib
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Daha ucuz smartfon şirkətləri ilə rəqabətlə qarşılaşan Apple şirkəti Kaliforniyada hər il keçirilən ənənəvi təqdimat mərasimində iPhone telefonlarının yeni modellərini prezentasiya edib. Texnologiya nəhəngi olan Apple son yeniliklər və təkliflərini təqdim edib. Lakin bu dəfə istehlakçılar və tənqidçilərin gözlədiyi kimi, yeni nəsil iPhone-lar üçün qiymətlər əvvəllər olduğu kimi yüksək deyil, əksinə keçən illə müqayisdədə daha aşağı olub.

“Bizim həqiqətən də sərhədləri genişləndirəcək ən yeni texnologiyalarımızı istəyən müştərilimiz üçün biz çox xüsusi bir şey hazırlamışıq və sizə onu təqdim etməyimə çox şadam.”

Apple şirkətinin icraçı direktoru Tim Kuk Kaliforniyada Kupertinodakı qərargahında təqdimat zamanı iPhone 11 Pro və iPhone 11 Pro Max adlanan yeni nəsil iPhone telefonlarının kameralarının üçüncü obyektivə malik olduğunu elan edib. Bu, onların Samsung və Huawei şirkətlərinin rəqib smartfonları ilə müqayisə edilməsinə imkan verir.

Apple şirkətinin marketinq üzrə vitse-prezidenti Fil Şiller.

“Bu üç kamera sizə yaradıcılıq baxımından çox böyük imkanlar verir. Məsələn, siz telefotodan istifadə edə bilərsiniz və obyekti daha yaxından göstərmək üçün onu böyüdə bilərsiniz və yaxud da ətrafdakıları göstərmək üçün daha geniş bucaqdan istifadə edə bilərsiniz.”

Lakin təəccüb doğuran Apple şirkətinin keçən ilki iPhone XR telefonu üçün 750 dollarla müqayisədə iPhone 11 telefonunun sadələşdirilmiş modeli üçün 700 dollar, təkmilləşdirilmiş modellər üçün isə 1000 dollar müəyyən etməsi olub. Bu qiymətlər müştərilər arasında daha bahalı telefonların təqdimatından sonra köhnə telefonları saxlamaq kimi mövcud tendensiyasını əks etdirir.

Texnologiya məsələləri üzrə təhlilçi Veyn Lam.

“İnsanlar telefona minlərlə dollar pul xərcləyir. Onlar iki, üç il sonra təzə telefon almayacaqlar. Bu, həmişə çətin olub. Burada daha köhnə nəsil cihazların sahiblərindən və iOS sistemindən kənarda olanları cəlb etməkdən söhbət gedir.”

Tim Kuk prezentasiya zamanı bildirib ki, yeni iPhone-lar, ya da təkmilləşdirilmiş iPad planşeti alanlar Apple plyus televiziyasının noyabrın 1-dən başlayacaq striminq xidmətinə bir illik pulsuz abunəçi ola biləcəklər. Apple bildirib ki, abunəçilərə ayda beş dollara başa gələcək yeni striminq xidməti drama, komediya və digər janrlarda orijinal fimlər və başqa video materiallar təqdim edəcək. Bununla Apple Netflix və striminq xidmətləri göstərən digər şirkətlər üçün rəqabət yaratmış olur.

Yeni iPhone-lar, eləcə də iPad planşetləri və təkmilləşdirilmiş Apple Watch modelləri sentyabrın 20-də satışda olacaq.

XS
SM
MD
LG