Accessibility links

Apple COVID-19 tətbiqi və veb saytı yaradır


Apple şirkəti və Ağ Ev cümə günü istifadəçiləri Xəstəliklərə Nəzarət Mərkəzlərinin koronavirusun səbəb olduğu xəstəliklə bağlı qaydalara yönəldən tətbiq və veb saytın təqdim edilməsi üçün Tramp administrasiyası və federal agentliklərlə birgə iş aparıldığını bildirib.

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, mobil telefonlar üçün “COVID-19” adlanan tətbiq istifadəçilərə simptomlar, onların harada olduğu və risk faktorları ilə bağlı suallar verəcək və sonra onları Xəstəliklərə Nəzarət Mərkəzlərinin ən yeni qaydaları ilə tanış edəcək.

Yeni tətbiq həmçinin Xəstəliklərlə Nəzarət Mərkəzlərinin koronavirusla bağlı rəsmi informasiyası haqda te-tez verilən sualları cavablandıracaq. Eyni informasiya Windows kompyuterləri, Android telefonları və qeyri-Apple cihazlarında istifadəçilərin çıxış imkanı olacağı www.apple.com/covid19 veb saytında yerləşdiriləcək.

Apple şirkəti bildirib ki, bu tətbiq istifadəçilərin suallara verdiyi cavabları toplamayacaq və cavablar nə Apple, nə də heç bir hökumət qurumuna göndərilməyəcək.

Şirkətin Kaliforniya ştatında yerləşən qərargahı artıq bir həftədir bağlıdır. Apple-ın baş icraçı direktoru Tim Kuk bundan öncə şirkətin ABŞ-ın səhiyyə xidməti qruplarına 10 milyondan çox maska ianə etdiyini bildirib.

XS
SM
MD
LG