Accessibility links

Apple dəyəri 2 trilyon dollara çatan ilk ABŞ şirkəti oldu


Apple dəyəri 1 trilyon dollara çatan ilk şirkət olduqdan 2 il sonra bazar dəyəri 2 trilyon dollar olan ilk ABŞ şirkətidir.

Bu il şirkət Çində iPhone istehsal edən fabrikləri və koronavirus pandemiyası dövründə pərakəndə satışları bağlasa da, Apple-in səhmləri təxminən 60% dəyər qazanıb.

Şirkətin olduqca loyal müştəriləri məhsullara o qədər etibar edir ki, evdə ilişib qalarkən belə iPhone və digər cihazları onlayn olaraq almağa davam ediblər. Apple bu yaxınlarda aprel-iyun rübləri üçün qazancını açıqlayıb.

Apple getdikcə insanların həyatı və fond bazarını ələ alan Böyük texnologiya (Big Tech) şirkətləri qrupunun önündədir. Yalnız beş şirkət – Apple, Microsoft, Amazon, Facebook və Google - S&P 500-in bütün dəyərinin təxminən 23% -ni təşkil edir.

Saudi Aramco 2019-cu ilin dekabrında ictimai şirkət olduqdan qısa müddət sonra bazar dəyəri 2 trilyon dollara çatmışdı. Səudiyyə enerji istehsalçısının səhmləri neftin qiymətinin aşağı düşməsi fonunda enməyə başlayıb və bazar dəyəri indi 1,82 trilyon dollara yaxınlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG