Accessibility links

FBI Apple şirkətini məhkəmənin qərarına əməl etməyə çağırıb


Apple şirkəti ilə ABŞ Ədliyyə Nazirliyi arasındakı qalmaqal bazar ertəsi günü yenidən məhkəməyə çıxarılıb. Hökumət Iphone istehsalçısından kütləvi hücum törətmiş şəxsin telefonuna daxil olmaq üçün şirkətin ona kömək etməsini istəyir.

Hakim bildirib ki, Apple şirkəti Federal Təhqiqatlar Bürosunu keçən il Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin ölümüylə nəticələnmiş cinayəti törədən Seyid Rizvan Farukun İphone-nun şifrəsini qırmaq üçün softveyrlə təmin etməlidir.

Lakin Apple şirkəti qərarı qəbul etməyib və bunu qəbuledilməz adlandırıb. Şirkət belə bir addımın hər hansı bir şəxsə softverydən istifadə edərək bütün İphone-lara daxil olma riski yaradacağını və müştərilərinin xakerlərin hücumuna məruz qala biləcəyini deyib.

Hökumət Apple şirkətini qərara əməl etməyə çağırıb və məhkəmədən əvvəl Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komey bildirib ki, məqsəd ədalətin bərqərar olmasıdır. Təhlükəsizlik və şəxsi məlumat məsələsi korporasiyalar və ya Federal Təhqiqatlar Bürosunun qərarına buraxılmamalıdır. Buna amerikalılar qərar verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG