Accessibility links

Apple - FBI qalmaqalı [Video]


Apple - FBI qalmaqalı
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Apple - FBI qalmaqalı

Microsoft təsisçisi Bill Geyts Apple şirkəti ilə qarşıdurmada ABŞ hökümətinin tərəfini saxlayan çox az sayda yüksək texnologiya icraçılarından biridir. iPhone istehsal edən şirkət FBI istintaqçılarına dekabr ayında San Bernardinoda 14 nəfəri öldürən iki terrorçunun telefonlarındakı şifrə ilə

Şifrənin açılması üçün proqramın yaradılması təhlükəsizliyi artırmaq üçün səmərəli bir yol deyil. Bunu etmək heç doğru da deyil.
Mark Zuckerberg

qorunan məlumatı almağa yardım etməkdən imtina edir. Bu məlumat isə mümkün digər terror planları barədə dəlillər verə bilər.

Amerikalılar özəl həyatlarına böyük əhəmiyyət verir, ancaq yenə də onlar milli təhlükəsizliyi daha böüyk prioritet hesab edir.

Apple şirkətinin baş icraçı direktoru Tim Kuk deyir ki, FBI-ın tələbi onun şirkətini hakerlər tərəfindən təhlükəyə daha açıq edəcək. Çərşənbə günü Facebook təsisçisi Mark Zukerberq Barselonada keçirilən Mobil Dünya Konqresində Apple-ə dəstəyini ifadə edib.

“Şifrənin açılması üçün proqramın yaradılması təhlükəsizliyi artırmaq üçün səmərəli bir yol deyil. Bunu etmək heç doğru da deyil.”

Apple şirkətinin baş icraçı direktoru Tim Cook
Apple şirkətinin baş icraçı direktoru Tim Cook

Lakin Microsoft təsisçisi Bill Geyts deyir ki, Apple San Bernardino terrorçularının cihazının şifrəsini digər İphone-ları təhlükəyə atmadan da aça bilər.

“Buradakı sual çox bəsitdir: Hansı halda şirkət məlumatı hökümətlə paylaşa bilər? İnsanlar bunu hansı halda qəbul edər?”

Geyts hökümətin və texnologiya şirkətlərinin həm vətəndaşların, həm də özlərinin təhlükəsizliyini qorumaq üçün bir ortaq yol tapmalı olduqlarını bildirib.

“Məncə insanlar hökümətin onları qorumaq üçün onların adından hərəkət etmələrinin əleyhinə deyil.”

Məncə insanlar hökümətin onları qorumaq üçün onların adından hərəkət etmələrinin əleyhinə deyil.
Bill Gates

Geyts və digərləri bu məsələnin həlli üçün işin Ali Məhkəməyədək gedəcəyini güman edir, çünki onlar gələcəkdə bunabənzər halların çox olacağını düşünür.

“Bu məsələnin bir neçə gün içində bu dərəcədə şişirdilməsinə səbəb odur ki, hər iki tərəf məsələnin mürəkkəbliyini və mühümlüyünü anlayır.”

Məsələnin necə nəticələnəcəyi bütün dünyanı maraqlandırır, çünki digər ölkələr də ya bu problemlə artıq üzləşir, ya da gələcəkdə üzləşə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG