Accessibility links

Apple şirkətinin iki mühüm sərmayədarı iPhone istehsalçısına açıq məktub ünvanlayıb


Jana Partners LLC və Müəllimlərin Təqaüd Sistemi uşaqlar arasında cihazlardan asılılıq və yeniyetmələrin sosial media alışqanlıqlarına diqqət yetirməyə çağırıb

Apple şirkətinin iki mühüm sərmayədarı iPhone istehsaıçısını uşaqlar arasında bu cihazlardan asılılıq və yeniyetmələrin sosial media alışqanlıqlarına diqqət yetirməyə çağırıb.

Nyu-Yorkda yerləşən Jana Partners LLC və Kaliforniyanın Müəllimlərin Təqaüd Sistemi bu gün Apple şərkətinə açıq məktub ünvanlayıb.

Məktubda deyilir ki, şirkət bu hallara yol verilməməsi üçün müxtəlif seçimlər yaratmalıdır.

Hər iki səhmdar Apple-ın 2 milyard dollarlıq səhmlərinə nəzarət edir.

Müəlliflər şirkətə təklif edirlər ki: Uşaqların inkişafı üzrə mütəxəssislər daxil olmaqla, ekspert komitəsi yaradılsın; Apple nəhəng informasiyanı tədqiqatçılara açsın; mobil qurğu proqramları elə hazırlansın ki, valideynlərin övladlarının səhhətini qorumaq seçimləri olsun. Məktubda çoxsaylı tədqiqatlar və sorğulara istinad olunur, smartfornlar və sosial mediadan aşırı istifadənin uşaqların zehni və fiziki səhhətinə mənfi təsiri vurğulanır. Qeyd edilir ki, rəqəmsal texnologiyalar dərs otaqlarında tələbələrin fikrini yayındırır, onların dərs tapşırıqlarına diqqət cəmləmək bacarığı azalır, intihar və depressiya riskləri yüksəlir.

Agentlik qeyd edir ki, hazırda dünyada, özəlliklə də erkən yaşda smartfonlardan istifadəyə başlayanlara mobil qurğulardan istifadənin uzunmüddətli təsiri ilə bağlı narahatlıq artmaqdadır.

Texnologiya şirkətləri hazırladıqları cihazların asılılıq yaratması fikrini açıq qəbul etmirlər. Amma Silikon Vadisindəki mənbələr son vaxtlar mediaya bəzi informasiyalar ötürüblər. Mobil tətbiqlərin və sosial media saytlarının asılılıq yaratmaq, istifadəçinin diqqətini mümkün qədər çox özündə saxlamaqdan ötrü xüsusi dizayn olunduğu bildirilir.

XS
SM
MD
LG