Accessibility links

Apple 3 yeni laptopu istehlaka verməlidir


Apple bu yaxınlarda illik inkişaf konfransında labtopların yeni siyahısını açıqlayacaq.

Bloomberg-in məlumatına görə, şirkət rəqibi Microsoft-un artmaqda olan rəqabətinə cavab verməyə çalışır.

Apple 3 yeni laptopu istehlaka verməlidir: MacBook Pro daha sürətli prosessorla, 12 inçli və 13-inçli yeni MacBook Air.

Yeni prosessor Intel-in son, 7-ci nəsil çipi olacaq.

Apple labtopları şirkətin illik 216 milyard dollarlıq gəlirinin 11 faizini, iPhone-lar isə gəlirin 3-də 2-ni təşkil edir.

Microsoft bu yaxınlarda yeni Surface Laptopunu istehlaka verib. Bu, MacBook Air-in əsas rəqabət obyektidir. Surface Laptopu daha tez yüklənir və toxunma ekranına malikdir.

Yeni MacBook Pro hazırkı cihazın bənzəridir.

Artıq 7 ildir ki, Apple MacBook Air-in dizaynını dəyişmirdi. 12 incli MacBook son dəfə ötən ilin yazında yenilənmişdi.

Apple-ın macOS əməliyyat sisteminin yeni variantını da təqdim edəcəyi gözlənilir.

İnkişaf konfransına iyunun 5-də start veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG