Accessibility links

Apple Texasın Ostin şəhərində ikinci qərargahını açmağı planlaşdırır


Apple Texasın Ostin şəhərində ikinci qərargahını açmağı planlaşdırır
please wait

No media source currently available

0:00 0:01:18 0:00

Apple şirkətinin böyümək planları var.

Şirkət Texas ştatının Ostin şəhərində 15 min əməkdaşın çalışacağı ikinci qərargahın tikilməsiüçün 1 milyard dollar ayırıb.

Əlavə olaraq, Apple Vaşinqton ştatının Sietl, Kaliforniya ştatının San Diyeqo və Kalver Siti şəhərlərinin hər birindən mindən artıq əməkdaşın çalışacağı ofislər açacaq.

Artım planları bununla bitmir. Pitsburq, Nyu York və Koloradonun Bolder şəhərlərində də əməliyyatlar genişləndiriləcək.

Apple yeni açılacaq yerlər üçün müxtəlif sahələr üzrə mütəxəssislər işə götürəcək. Bura mühəndislik, tədqiqat, əməliyyatlar və maliyyə sahələri daxildir.

Bu ilin əvvəli, ABŞ prezidenti Donald Trampın vergi ixtisarından sonra şirkət Birləşmiş Ştatlar iqtisadiyyatına 30 milyard dollar sərmayə qoyacağına söz vermişdi.

ABŞ korporasiyaları Trampın “İlk növbədə Amerika” siyasətinin bir hissəsi olaraq, yerli iqtisadiyyata daha çox sərmayə qoymaları ilə bağlı siyasi təzyiqlərlə üzləşirlər. Bu siyasət həm də Çin ilə ticarət müharibəsinə səbəb olub.

Prezident Çindən idxal edilən iPhone və digər Apple məhsullarına tariflərin tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG