Accessibility links

Apple TV, kredit kart və oyun xidməti təqdim edib


Apple TV, kredit kard və oyun xidməti təqdim edib
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Apple şirkəti blokbasteri hesab edilən iPhone kimi cihazlarının satışının azalmasının yaratdığı təsirlərini kompensasiya etmək üçün orijinal video axınından tutmuş, kredit kard və oyunlara aylıq abunəlik kimi bir sıra yeni xidmət təqdim edib.

Texnologiya nəhəngi bazar ertəsi uzun zamandır gözlənilən video axın təchizatı xidmətini açıqlayıb. Şirkətin artıq yaşlanan mega-hit məhsulu hesab edilən iPhone cihazlarının satışları azalır.

Apple TV plus. Bu da şirkətin payızda istifadəyə hazır olacaq yeni reklamsız video axın abunəliyi xidmətidir. Apple bu xidmətin qiymətini hələ ki, açıqlamayıb.

Bu yeni xidmətdə yayımlanacaq film və seriallarda yer alan Hollivudun bəzi populyar aktyorları da açılış mərasimində iştirak edib. Onlar arasında Cennifer Aniston, Riz Uizerspun, Stiv Karel, Alfr Vudard kimi isimlər yer alıb.

Apple TV-də hətta məşhur rejissor Stiven Spilberqin də yeni şousu da yayımlanacaq.

Apple-ın bu addımı risklidir. Belə ki, şirkət smartfon bazarında böyük nüfuza sahib olsa da, media sahəsində nəhəng rəqiblərlə üzləşir. Netflix dünya boyu 139 milyon abunəçi ilə böyük üstünlüyə sahibdir. Bundan əlavə dünyanın ən böyük media şirkəti Walt Disney və AT&T-Time Warner da yaxın gələcəkdə video axın xidməti təqdim etməyi planlaşdırır.

Apple iPhone, Mac və iPad kimi cihazlarının azalan satışlarını kompensasiya etməyi planlaşdırır. Lakin dünya boyu bu cihazlardan istifadə edən milyardlarla insan sayəsində Apple-ın böyük pərəstişkar bazası var.

“Biz həmçinin dünya səviyyəsində xidmət kolleksiyası hazırlayırıq. Bu gün də onları təqdim ediirk”, Apple-ın baş icraçı direktoru Tim Kuk bildirib.

Apple təkcə öz TV xidmətini deyil, həm də AppleNews+ adlı aylıq haqqı 9.99 dollar olan jurnal və qəzetə abunəlik xidməti, aylıq oyun abunəliyi xidməti və Goldman Sachs və MasterCardla birlikdə hazırladığı Apple Card adlı kredit kartını təqdim edib.

Bütün bu xidmətlərin isə ortaq nöqtəsi var.

Onların hamısı insanların şəxsi məlumatlarını məxfilik və təhlükəsizliyini qoruyacaq şəkildə hazırlanıb.

Apple reklamçıların istifadəçiləri izləmələrinə icazə verməyəcəyini söyləyib.

Şirkət insanların nəyi, neçəyə və hardan aldığını bilməyəcək.

Apple oyunları sizin icazəniz olmadan sizinlə bağlı heç bir məlumatı toplaya və ya izləyə bilməz.

Apple ümid edir ki, bu cəhətlər onları digərlər şirkətlərdən fərqləndirəcək.

XS
SM
MD
LG