Accessibility links

Apple hələ də yenilik edə bilirmi? [Video]


Apple hələ də yenilik edə bilirmi?
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Dünyanın ən qazanclı şirkəti ötən həftə dəyər itirib. Kaliforniyada qərargahlanan Apple şirkəti 13 ildə ilk dəfə olaraq iPhone satışlarında azalmanın qeydə alındığını bildirib. Apple-ın baş icraçı direktoru Tim Kuk Apple-ın gəlirlərinin azalmasına səbəb olaraq Çin iqtisadiyyatını göstərir. Lakin təhlilçilər digər amillərin rol oynadığını deyir. Buna smartfon bazarındakı dolğunluq və yeni məhsulların qıtlığı daxildir. Bu hal yarım trilyon dollar dəyəri olan bir şirkət üçün dünyanın sonu olmasa da, investorlar üçün narahatedicidir, çünki onlar şirkətin qazanclı günlərinin geridə qaldığına inanır.

Apple 21-ci əsr şirkətinin ən fantastik nümunəsidir. Sadəcə həcminə görə deyil, həm də innovasiyaya ayırdığını diqqətinə görə.

Bütün dünyada iki milyarddan çox insan smartfona sahibdir. Onların hər 5-dən birində isə iPhone-dur. iPhone-nun məxsus olduğu və Kaliforniyada yerləşən Apple şirkəti ötən ay yaranmasının 40-cı ildönümünü qeyd edib.

“Apple 21-ci əsr şirkətinin ən fantastik nümunəsidir. Sadəcə həcminə görə deyil, həm də innovasiyaya ayırdığını diqqətinə görə”.

Amma insanların yeni iPhone almaq üçün küçələrdə uzun növbələrə dayandığı günlər artıq geridə qalıb. Bu həftə Apple-da 51 rüblük artımdan sonra ilk dəfə olaraq gəlir azalması qeydə alınıb. Bəziləri şirkətin öz uğurunun qurbanı olduğunu deyir. Onlardan biri də sənaye təhlilçisi Ross Rubindir.

“Apple bazarın ən qızğın hissəsində - çox güclü ABŞ, Yaponiya və Qərbi Avropa bazarında yarışır. Bu iqtisadiyyatlarda isə bazar artıq smartfonlarla dolub."

iPhone
iPhone

Biznes professoru Qreq Otrinin sözlərinə görə isə səbəb bazar dolğunluğu, yüksək qiymətlər və Apple-ın ən sürətlə inkişaf edən istehlak bazarı olan Çin iqtisadiyyatının yavaşlaması ola bilər.

“Apple başqa bazarlara üz tutmalıdır. Hindistan yüksək əhalisi olan bir bazardır, orada orta sinif artır və imkanlar da var. Amma bu da var ki, Hindistan Çinin artım dönəmindəki qədər rahat bir şəkildə inkişaf etmir.”

Əgər Apple smatfon bazarının ən böyük hissəsini təşkil edən Android istifadəçilərini cəlb etməsə və ya onlayn proqramları və bulud texnologiyasını genişləndirməsə, o zaman diqqətini iPhone-dan fəqrli məhsullara yönəltməlidir.

Apple bazarın ən qızğın hissəsində - çox güclü ABŞ, Yaponiya və Qərbi Avropa bazarında yarışır. Bu iqtisadiyyatlarda isə bazar artıq smartfonlarla dolub.

“Əgər indi onlar gözlənilməz bir məhsul və ya qiymət irəli sürsələr, o zaman dəyişiklik müşahidə etmək olar, əsasən də əgər bu yeni məhsul bazardakı digər smartfonlardan fəqrlidirsə. Amma bu qiymət və ya funksiyalarda bu cür dəyişiklik olmadığı halda bazar qeyri-müəyyən olaraq qalacaq.”

İlk rübdə 50 milyarddan çox gəlir əldə edən Apple üçün bu dünyanın sonu deyil. Amma dünyanın ən dəyərli şirkətlərindən biri olan Apple üçün bu hal eniş nöqtəsi ola bilər. Bir çox investoru narahat edən sual isə Apple-ın hələ də əvvəlki kimi qabaqcıl texnoloji güc mərkəzi olaraq qalıb-qalmamasıdır.

XS
SM
MD
LG