Accessibility links

iPhone 6 telefonlarının istifadəyə verilməsinə 9 gün qalır


Apple Event
Apple Event

Apple's-ın yeni iPhone 6 telefonlarının istifadəyə verilməsinə 9 gün qalır. Şirkətin digər malları kimi bu modelin də detalları sirr kimi saxlanılırdı. Lakin internet sayəsində şaiyələr yayılmaqda davam edir.

Son aylar Apple-ın telefon hissələrini istehsal edən zavoddan sızan şaiyələr ağızdan ağıza gəzir. Bunu MacRumors.com səhifəsinin redaktoru Erik Slivka deyir. “Şaiyələrin əksəriyyəti Çindəki istehsal şəbəkəsindən yayılır. Onlar hissələri telefonların istifadəyə verilməsindən çox əvvəl istehsal etdikləri üçün məlumat mənbəyi olurlar.”

Bəs isteklakçını nə gözləyir? Erik Slivkanın dediyinə görə, bu telefon nəhəng olmaqla yanaşı, daha nazik olmalıdır."

Yayılan şəkillər və videolara əsaslansaq, yeni iPhone iki ölçüdə olacaq. 14 sm-lik telefonun satışa buraxılmasından bir həftə sonra daka kiçik-12 sm-lik iPhone Milad bayramı hədiyyəsi olacaq.

Bütün bunlardan əlavə NFC (yaxın sahələrlə kommunikasıya) kimi idarə sistemi istehlakçılara bütün ödənişləri telefon vasitəsi ilə etmələrinə imkan yaradacaq.

Erik Slivkanın dediyinə görə, Apple şirkətinin icraçı direktoru Tom Kuku yeniliklər sələfi Stiv Cobsdan fərqləndirəcək. "İnsanlar yeniliklər gözləyir. iPad-in istismara buraxılmasından 4 il sonra Apple təzə bir imkanla çıxış edir. Bu isə Tim Kuk üçün böyük nailiyyətdir."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG