Accessibility links

22 Aprel - Yür Kürəsi Günü


Aprelin 22-si 192 ölkədən 1milyarddan artıq insan Yür Kürəsi üçün müxtəlif tədbirlərə qatılır.

Yürüşlər keçirilir, ağaclar əkilir, təmizlik işləri görülür.

Yür Kürəsi Şəbəkəsi bu il bu tədbiri "Canlıları qoruyaq!" adı altında keçirir. Bildirilir ki, bir çox canlının təbii səbəblərdən deyil, insanların təbiətə vurduğu ziyanlardan kökləri kəsilir.

Bu gün dünyada ətraf mühitlə bağlı narahatlıqlar gündəmə gətirilir.

Ötən il keçirilən sorğuların nəticələrinə görə iqlim dəyişikliyi bir çox ölkələrin əsas narahatlıq mövzudur.

Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü" - keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.

Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar.

ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk "Ağac Günü"ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.

1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olundu. 1970-ci ildə "Ağac Günü"nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırıldı.

1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı. 141 ölkəni (o cümlədən bizim ölkəni) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir. XXI əsrin əvvəllərində Azərbaycanda da milli parkların şəbəkəsi genişləndirildi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG