Accessibility links

Aprelin 18-dək məktəblər, aprelin 29-dək bəzi dövlət qurumları bağlanıb


Nazirlər Kabineti koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması məqsədilə martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah həmçinin bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul edib.

Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.

"Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq, ”Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Bundan öncə Nazirlər Kabinetinin sərəncamına əsasən martın 3-dən 20-dək bütün məktəblərdə tədris prosesi dayandırılıb. Daha sonra Azərbaycanda Novruz bayramı ilə bağlı tətil başladığı üçün məktəblilər və tələbələr daha 7 gün evdə qalacaqlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG