Accessibility links

Facebook fəalı barəsində üç ay həbs seçilib


Rəşad Ramazanova (Rəşad Həqiqət Agaaddin)
Rəşad Ramazanova (Rəşad Həqiqət Agaaddin)

Rəşad Ramazanova (Rəşad Həqiqət Ağaddin) qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq ittihamı irəli sürülüb

Mayın 9-da həbs olunmuş sosial şəbəkələrin fəal istifadəçisi, dindar və filosov Rəşad Ramazanova (Rəşad Həqiqət Ağaddin) Azərbaycan CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Mayın 10-da Nərimanov rayon məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılır.

Ramazanovun vəkili Amerikanın Səsinə bildirib ki, müvəkkili mayın 9-da günorta saatlarında metronun “20” yanvar stansiyası yaxınlığında saxlanılıb. Polisin məlumatına görə, ondan 9 qram heroin müsadirə edilib.

Lakin Ramazanov bu ittihamı təkzib edir, deyə vəkil qeyd edib.

Ramazanov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə təqib olunduğunu hesab edir.

Təqsiri sübuta yetirilərsə, Ramazanov əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Ağaddin öz facebook səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazırdı (Rashad Heqiqet Ağaaddin).

Xüsusən, o, prezident vəzifəsinə İlham Əliyevin namizədliyinin üçüncü dəfə irəli sürülməsinə istehza edərək, onun, görünür Ginnesin rekordlar kitabına girmək istədiyini qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG