Accessibility links

“Aqil Hümbətova iynə vururlar, dərman verirlər, səhhəti çox pisdir”, həyat yoldaşı narahatdır


Aqil Hümbətov
Aqil Hümbətov

Mayın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov Bakının Maştağa qəsbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından ailəsinə zəng vuraraq durumunun çox pis olduğunu deyib.

Bu barədə Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə bildirib.

please wait

No media source currently available

0:00 0:01:45 0:00

“Dünən günorta həyat yoldaşım zəng etdi, danışığında halsızlıq var idi, gücsüz kimi olduğunu hiss etdim. Soruşdum ki, sənə iynə vururlar? Dedi iynə də vururlar, dərmanlar da verirlər. Dedim qəbul etmə. Bir söz demədi. Yəqin iynə və dərmanları zorla verirlər. Mənə söylədi ki, çox pisəm burada, xəstələrin içində çox pisəm,” o qeyd edib.

Hümbətova həyat yoldaşının sağlam olduğunu deyib.

“Mənim həyat yoldaşım bəyəm dəli, xəstədir, siz onunla belə rəftar edirsniiz. Niyə 3 uşaq atasını məhv edirsiniz. Mənim həyat yoldaşım düşmən deyil. Ona nə iynə, dərman verirsiz? Mənim yoldaşım sağlam insandır. Belə getsə Aqil orada məvh olacaq, onu öldürəcəklər,” Hümbətova qeyd edib.

Öz növbəsində, 1 saylı Psixiatriya Xəstəxanasından Amerikanın Səsinə bildiriblər ki, xəstələr və onların səhhəti ilə bağlı hər hansı məlumat verilmir.

AXCP fəalı martın 30-da saxlanılıb və Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 1-də o, sərbəst buraxılıb. Aqil Hümbətov sərbəst buraxıldıqdan sonra Facebook-da canlı yayımda ölkə başçısına müraciət edib. O, müraciətində sərt tənqidi ifadələr işlədib. Müxalifətçi kimi durumunun ağırlığını, şərlənərək Psixiatriya Xəstəxanasına salındığını, xəstəxanada durumun acınacaqlı olduğunu bildirib.

“Xəstəxanadakı durum barədə ictimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixiatriya Xəstəxanasında vəziyyət çox acınacaqlıdır, antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyyətdə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstələrə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstələrin sanitar qovşağı tam antisanitariyadır. Adam oraya girə bilməz. Orada virus mənim işlədiyim zibilxanadan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada ən böyük virus, xəstəlik tüğyan edir,” Aqil Hümbətov qeyd edib.

Onun aprelin 2-də yenidən psixiatriya xəstəxanasına aparılması tənqidi çıxışından sonraya təsadüf edir.

AXCP fəalın saxlanılmasını və təkrarən psixiatriya xəstəxanasına yerləşdirilməsini sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Rəsmi qurumlar Hümbətovun xəstəxanadakı durumla bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

AXCP fəalı bundan öncə də saxlanılıb.

Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib. AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG