Accessibility links

AQTA: Heyvan və heyvan mənşəli məhsullar agentliyin icazəsi ilə idxal edilə bilər


“Heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür.”

Bu barədə AQTA-nin sahibkarlara müraciətində deyilir.

AQTA Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və respublikaya xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı sahibkarlara müraciət edib.

“Dünyada yayılan koronavirus epidemiyası və yüksək patogen quş qripi epizootiyası nəzərə alınmaqla agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilərək gücləndirilmiş iş rejiminə keçib. Həmçinin koronavirus epidemiyası və quş qripi epizootiyası ölkəmizin bioloji təhlükəsizliyinin qorunmasında sahibkarların və vətəndaşların üzərinə müəyyən məsuliyyət və öhdəliklər qoyur. Agentlik sahibkarlara bildirir ki, heyvan mənşəli məhsullar ölkəyə idxal edilməzdən əvvəl idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar,” müraciətdə qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG