Noyabr ayında ABŞ Konqresinin hər iki palatasının aqibətinin bəlli olacağı ara seçkilərə artıq 100 gün qalıb. Rəy sorğularına əsasən, Demokratlar üstünlüyə sahibdir. Hər iki partiya razılaşır ki, bu ilki seçkilərdə əsas məsələ prezident Donald Tramp olacaq.
Adətən ara seçkilər Ağ Evə nəzarət etməyən partiya üçün yaxşı nəticələnir. Bu dəfə isə Donald Tramp Demokratlar arasında xüsusi antipatiya oyadır və buna görə də, onlar çox motivasiyalıdır, Trampı sevmirlər və səs vermədə iştirak etmək istəyirlərCon Fortier
Bu yaxınlarda Montanada keçirilən seçki mitinqində prezident Donald Tramp tərəfdarlarını noyabrda respublikaçı namizədləri dəstəkləməyə çağırıb.
“Biz geri çəkilməyəcəyik, biz təslim olmayacağıq. Biz qələbəyə doğru gedəcəyik”- deyə, Tramp bildirib.
Müxalif Demokratlar ara seçkilər üçün intensiv kampaniya aparır. 2016-cı il seçkisində prezidetliyə namizəd olmuş Berni Sanders Kanzasda tərəfdarları ilə görüşüb.
“Nümayəndələr Palatasına nəzarət uğrunda mübarizə inanılmaz dərəcədə mühümdür və nəticə bir-iki yerdəki seçkidən asılı ola bilər. Məncə siz bunu edə bilərsiniz. Bu seçkidən təkcə bütün ölkə yox, bütün dünya bəhs edəcək,” - Sanders deyib.
Demokratar çoxluğu ələ keçirmək üçün Nümayəndələr Palatasında təxminən 24, Senatda isə iki yer qazanmalıdırlar.
Con Fortier deyir ki, Demokratların qələbə çalmasına təkcə onların həvəsli olmaları deyil, həm də tarixin onların tərəfində olması gətirib çıxara bilər.
“Adətən ara seçkilər Ağ Evə nəzarət etməyən partiya üçün yaxşı nəticələnir. Bu dəfə isə Donald Tramp Demokratlar arasında xüsusi antipatiya oyadır və buna görə də, onlar çox motivasiyalıdır, Trampı sevmirlər və səs vermədə iştirak etmək istəyirlər”, – o söyləyir.
Lakin Tramp tərəfdarlarını tarixin qarşısına keçərək, onun gündəmini dəstəkləmyə çağırır.
Təhlilçi Larri Sabato deyir ki, hər iki partiya ara seçkiləri prezidentlə bağlı referendum olaraq görür.
“Bizim çox nadir hallarda elə prezidentimiz olub ki, ara seçkidə diqqət mərkəzində olsun və mühüm rol oynasın. Donald Tramp günəşdir. Onun ətrafında dönən hər şey isə ya planet ya da Aydır” -deyə, o bildirir.
Eleyn Kamarkın fikrincə, Trampın etimad reytinqinin aşağı olması və ara seçkilərin keşmiş tarixi Demokratların qələbə çalacağına işarə edir.
“Məncə sual belə olmaldır ki, ‘bu, Demokrat dalğası olacaq yoxsa tsunamisi? Demokratlar Nümayəndələr Palatasına beş yer fərqi ilə nəzarət edəcək, yoxsa otuz?’ Məncə bunu hələ heç kəs deyə bilməz”, o deyir.
Məncə Demokratlar bir neçə yer qazanacaq. Amma seçkilər bu gün keçirilsəydi, Respublikaçılar 1-2 yer üstünlüyü ilə Nümayəndələr Palatasına nəzarət edərdKori Levandovski
Lakin Trampın kampaniyasının sabiq meneceri Kori Levandovskinin sözlərinə görə, prezidentə çox sadiq elektorat olduğu üçün Respublikaçılar gözlənildiyindən daha yaxşı nəticə əldə edə bilər.
“Məncə Demokratlar bir neçə yer qazanacaq. Amma seçkilər bu gün keçirilsəydi, Respublikaçılar 1-2 yer üstünlüyü ilə Nümayəndələr Palatasına nəzarət edərdi” – o söyləyib.
Ara seçkidə Nümayəndələr Palatasının 435 və Senatən100 yerindən üçdə biri uğrunda mübarizə aparılacaq. Seçki nəticələri isə Trampın prezidentliyinin növbəti iki ilinə böyük təsir göstərəcək.