Accessibility links

Ara seçkilər nədir? [Video]


Ara seçkilər nədir?
please wait

No media source currently available

0:00 0:01:17 0:00

Bu il Birləşmiş Ştatlarda ara seçkilər keçirilir. Bəs ara seçkilər nədir?

Amerikada prezident hər dörd ildən bir seçilir. Prezidentin vəzifə müddətinin yarısında keçirilən seçkilər isə ara seçkilər adlanır.

Konqresin aşağı palatası olan Nümayəndələr Palatasının 435 üzvünün vəzifə müddəti iki il olduğu üçün onlar hər iki ildən bir yerləri uğrunda mübarizə aparır. Konqresin yuxarı palatası olan Senatın 100 üzvünün vəzifə müddəti altı il olduğuna görə isə ara seçkilər zamanı Senatdakı yerlərin üçdə biri səsverməyə qoyulur.

Bəzi ekspertlər ara seçkilər prezidentlə bağlı referendum kimi qiymətləndirir. Yəni seçicilər prezidentin vəzifədəki ilk iki ili ərzində yürütdüyü siyasətə əsaslanaraq seçim edir.

Adətən ara səsverməsində seçici fəallığı prezident seçkiləri ilə müqayisədə daha az olur. Buna baxmayaraq, ara seçkilər ölkənin siyasi taleyi üçün böyük önəm daşıyır.

Adətən Ağ Evə nəzarət edən partiya Konqresdə xeyli yer itirir. Bəzən isə bu, Konqresin hər iki palatasına nəzarət edən partiyanın üstünlüyü əldən verməsi ilə nəticələnir. Bu isə prezidentə öz siyasi platformasını həyata keçirməkdə ciddi əngəllər törədə bilər. Belə ki, prezident qəbul etdirmək istədiyi qanunlar, hətta illik büdcə Konqres tərəfindən təsdiq olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG