Accessibility links

Ara seçkilərin nəticələri ABŞ xarici siyasətinə necə təsir edəcək?


Ara seçkilərin nəticələri ABŞ xarici siyasətinə necə təsir edəcək?
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Ara seçkilərin nəticələri ABŞ xarici siyasətinə necə təsir edəcək?

Demokratlar Nümayəndələr Palatasında qalib gəlməklərini "Amerika üçün yeni bir gün" adlandırıblar. Bəs ABŞ-ın xarici siyasəti üçün də yeni bir şəfəq görünürmü?

Demokratlar Nümayəndələr Palatasında qalib gəlməklərini "Amerika üçün yeni bir gün" adlandırıblar. Bəs ABŞ-ın xarici siyasəti üçün də yeni bir şəfəq görünürmü? Təhlilçi Piter Trubovitz belə düşünür ki, xeyr.

"İndi Donald Trampın əsas oyunu xarici siyasətlə bağlıdır. Çünki, burada o daxili siyasətdən fərqli olaraq daha çox mülahizə səlahiyyətinə və manevr imkanlarına sahibdir. Buna görə, mən Trampın Çinlə ticarət, İran və Meksika sərhədi məsələlərində daha çox səy göstərəcəyini gözləyirəm.'' - deyə, Piter Trubovitz bildirib.

Trubovitzin sözlərinə görə, demokratlar Trampın Çinlə bağlı mövqeyini dəstəkləyə bilər. Vaşinqton Pekini haqsız ticarətlə günahlandıraraq 250 milyard dollarlıq idxal tariflərini tətbiq edib. Çin rəsmiləri isə seçkinin nəticələrinə dair şərh verməkdən imtina ediblər.

Avropa da həmçinin avtomobil kimi əsas ixrac məhsullarına əlavə ediləcək ABŞ tariflərindən narahatdlr. Almaniyanın xarici işlər naziri bildirib ki, seçki nəticələri aradakı gərginliyi azaltmaq üçün kifayət deyil.

"Atlantikin bu tərəfində biz ABŞ-ın ''Amerika birinci'' şüarına cavab verməliyik və məncə bu şüar ''Vahid Avropa'' ola bilər." - deyə, Hayko Maas qeyd edib.

Moskvada Rusiya prezidenti Vladimir Putinin sözçüsü deyib ki, ABŞ ilə münasibətlər dəyişməyəcək, çünki onları daha da pisləşdirmək çətin işdir.

Bununla yanaşı təhlilçilər deyirlər ki, ABŞ-ın Yaxın Şərqdəki siyasətində də radikal dəyişiklik baş verməyəcək.

"Səudiyyə Ərəbistanına və Yaxın Şərqə silah satışına gəldikdə biz bəzi etiraz səslərini eşidə bilərik. Yəməndə müharibəni də sona çatdırmağa çağırış ola bilər.'' - deyə, təhliçi Kamel Vazne bildirib.

İsrail tərəfi də prezident Trampdan ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürməsi ilə başlanan sülh planını davam etdirməsini istəyir.

Fələstinli rəsmilər isə bu cür siyasət kursunun dəyişdirilməsini tələb edir.
"Birləşmiş Ştatlardakı Demokratlar nəhayət sülh prosesinə gətirib çıxara biləcək mövqeyə yaxınlaşır." - deyə, Fələstin prezidenti Mahmud Abbasın müşaviri Nabil Şaat bildirib.

ABŞ siyasəti getdikcə daha çox dəyişgən olduğundan bu planların reallaşması olduqca çətin görsənə bilər.

XS
SM
MD
LG